Xatirələr (Sənin Gözlərin)

Elza İbrahimova, Əliağa Kürçaylı

[Bənd 1]
Hər şeyi, bəlkə də
Unudaram mən
Gözlərin, gözlərin
Çıxmır fikrimdən
Gülümsər gözlərin
Sənin gözlərin
Sənin gözlərin, gözlərin

[Nəqərat]
Bir cüt ulduz kimi onlar yanardı
Gözlərim gözündə alovlanardı
Onlar başqasına baxırlar indi
O gözlər, o gözlər

O gözlər, o gözlər
İndi kimindir?
O gözlər, o gözlər
İndi kimindir?

[Bənd 2]
Hər şeyi, bəlkə də
Unudaram mən
Əllərin, əllərin
Çıxmır fikrimdən
Göyərçin əllərin
Sənin əllərin
Sənin əllərin, əllərin

[Nəqərat]
Onları özümə qanad sanardım
Quş kimi uçardım, havalanardım
Onlar başqasını uçurur indi
O əllər, o əllər

O əllər, o əllər
İndi kimindir?
O əllər, o əllər
İndi kimindir?

[Keçid]
Gülümsər gözlərin
Sənin gözlərin
Sənin gözlərin, gözlərin

[Nəqərat]
Bir cüt ulduz kimi onlar yanardı
Gözlərim gözündə işıqlanardı
Onlar başqasına baxırlar indi
O gözlər, o gözlər

O gözlər, o gözlər
İndi kimindir?
O gözlər, o gözlər
İndi kimindir?

Curiosità sulla canzone Xatirələr (Sənin Gözlərin) di Şövkət Ələkbərova

Quando è stata rilasciata la canzone “Xatirələr (Sənin Gözlərin)” di Şövkət Ələkbərova?
La canzone Xatirələr (Sənin Gözlərin) è stata rilasciata nel 2022, nell’album “İfalar Vol. 9”.
Chi ha composto la canzone “Xatirələr (Sənin Gözlərin)” di di Şövkət Ələkbərova?
La canzone “Xatirələr (Sənin Gözlərin)” di di Şövkət Ələkbərova è stata composta da Elza İbrahimova, Əliağa Kürçaylı.

Canzoni più popolari di Şövkət Ələkbərova

Altri artisti di