İnanmaram

Oqtay Kazımi, Ramiz Heydər

[Bənd 1]
Gözlərəm səni
Gəl, üzmə məni
Gəl, ay yarım
Gözüm qalıb yollarında

Güllər açıldı
Bülbüllər ötdü
Harda qaldın?
Gözəl yarım qaldı harda?

[Keçid]
Deyirlər, məndən
Üz döndərmisən
Mən bu sözlərə
İnanmaram, inanmaram

Özgə birinə
Könül vermisən
Mən bu sözlərə
İnanmaram, inanmaram

[Nəqərat]
O gözlərdən, o gözlərdən
Küsərəm mi, küsərəmmi?
Ayrılığa, ayrılığa
Dözərəm mi, dözərəmmi?

Yarın həsrətinə dözərəm hər an
Durub yollarında gözlərəm hər an
Yarın həsrətinə dözərəm hər an
Durub yollarında gözlərəm hər an

[Bənd 2]
Laləli düzdə
Cığırda, izdə
Qoşa gəzib
Yığırdıq biz bənövşələr

Bu sevgimizin
Şahidi olub
Buz bulaqlar, göy çəmənlər
O gülşənlər

[Keçid]
Deyirlər, məni
Sən unutmusan
Mən bu sözlərə
İnanmaram, inanmaram

Əhdimizə sən
Dönük çıxmısan
Mən bu sözlərə
İnanmaram, inanmaram

[Nəqərat]
O gözlərdən, o gözlərdən
Küsərəm mi, küsərəmmi?
Ayrılığa, ayrılığa
Dözərəm mi, dözərəmmi?

Yarın həsrətinə dözərəm hər an
Durub yollarında gözlərəm hər an
Yarın həsrətinə dözərəm hər an
Durub yollarında gözlərəm hər an

[Keçid]
Deyirlər, məndən
Üz döndərmisən
Mən bu sözlərə
İnanmaram, inanmaram

Özgə birinə
Könül vermisən
Mən bu sözlərə
İnanmaram, inanmaram

[Nəqərat]
O gözlərdən, o gözlərdən
Küsərəm mi, küsərəmmi?
Ayrılığa, ayrılığa
Dözərəm mi, dözərəmmi?

Yarın həsrətinə dözərəm hər an
Durub yollarında gözlərəm hər an
Yarın həsrətinə dözərəm hər an
Durub yollarında gözlərəm hər an

Curiosità sulla canzone İnanmaram di Şövkət Ələkbərova

Quando è stata rilasciata la canzone “İnanmaram” di Şövkət Ələkbərova?
La canzone İnanmaram è stata rilasciata nel 2022, nell’album “İfalar, Vol. 1”.
Chi ha composto la canzone “İnanmaram” di di Şövkət Ələkbərova?
La canzone “İnanmaram” di di Şövkət Ələkbərova è stata composta da Oqtay Kazımi, Ramiz Heydər.

Canzoni più popolari di Şövkət Ələkbərova

Altri artisti di