Qara Gözlərin

Mirzə İbrahimov, Sevda İbrahimova

[Bənd 1]
Hüsnünün seyrindən doymayır ürək
Nə bəladır sənin qara gözlərin?
Bir baxışda min bir cadu oxuyur
Ömür çırağıdır yara gözlərin

[Nəqərat]
Gah coşub, gah xumar-xumar baxanda
Şimşək kimi başım üstdə çaxanda
Atəş olub dərdli canım yaxanda
Uymasın, amandır, yada gözlərin

[Bənd 2]
Xəyalın fikrimi oynatdı birdən
Qəlbimdə əksini gördüm bir səhər
Saymadın, salmadın mənə bir nəzər
Baxırdı, bilmirəm, hara gözlərin

[Nəqərat]
Gah coşub, gah xumar-xumar baxanda
Şimşək kimi başım üstdə çaxanda
Atəş olub dərdli canım yaxanda
Uymasın, amandır, yada gözlərin

[Bənd 3]
Zəmanə qızısan, mübariz, qoçaq
Heyif ki, düşmüsən bizlərdən qaçaq
Bir de, mən də bilim, nə zaman, haçan
Edəcək dərdimə çara gözlərin?

[Nəqərat]
Gah coşub, gah xumar-xumar baxanda
Şimşək kimi başım üstdə çaxanda
Atəş olub dərdli canım yaxanda
Uymasın, amandır, yada gözlərin

Curiosità sulla canzone Qara Gözlərin di Şövkət Ələkbərova

Quando è stata rilasciata la canzone “Qara Gözlərin” di Şövkət Ələkbərova?
La canzone Qara Gözlərin è stata rilasciata nel 2022, nell’album “İfalar, Vol. 1”.
Chi ha composto la canzone “Qara Gözlərin” di di Şövkət Ələkbərova?
La canzone “Qara Gözlərin” di di Şövkət Ələkbərova è stata composta da Mirzə İbrahimov, Sevda İbrahimova.

Canzoni più popolari di Şövkət Ələkbərova

Altri artisti di