Sənin Üçün

Nəbi Xəzri, Emin Sabitoğlu

[Bənd 1]
Qarlı bir zirvə olsan
Ağ buludun olaram
Dərin xəyala dalsan
Mən sükutun olaram

[Nəqərat]
Çəmən olsan, əgər sən
Sərin yağış çilərəm
Çəmən olsan, əgər sən
Sərin yağış çilərəm

Əgər dənizə dönsən
Sahilə çevrilərəm
Əgər dənizə dönsən
Sahilə çevrilərəm

[Bənd 2]
Qovmuşam dərdi, qəmi
Xoşbəxtin ilki mənəm
Səslənsən nəğmə kimi
Sözlərin bil ki, mənəm

[Nəqərat]
Çəmən olsan, əgər sən
Sərin yağış çilərəm
Çəmən olsan, əgər sən
Sərin yağış çilərəm

Əgər dənizə dönsən
Sahilə çevrilərəm
Əgər dənizə dönsən
Sahilə çevrilərəm

[Bənd 3]
Məni susdursa zaman
Səni özüm sanaram
Səhər kimi oyansan
Günəş kimi yanaram

[Nəqərat]
Çəmən olsan, əgər sən
Sərin yağış çilərəm
Çəmən olsan, əgər sən
Sərin yağış çilərəm

Əgər dənizə dönsən
Sahilə çevrilərəm
Əgər dənizə dönsən
Sahilə çevrilərəm

Çəmən olsan, əgər sən
Sərin yağış çilərəm
Çəmən olsan, əgər sən
Sərin yağış çilərəm

Əgər dənizə dönsən
Sahilə çevrilərəm
Əgər dənizə dönsən
Sahilə çevrilərəm

Curiosità sulla canzone Sənin Üçün di Şövkət Ələkbərova

Quando è stata rilasciata la canzone “Sənin Üçün” di Şövkət Ələkbərova?
La canzone Sənin Üçün è stata rilasciata nel 2022, nell’album “İfalar, Vol.2”.
Chi ha composto la canzone “Sənin Üçün” di di Şövkət Ələkbərova?
La canzone “Sənin Üçün” di di Şövkət Ələkbərova è stata composta da Nəbi Xəzri, Emin Sabitoğlu.

Canzoni più popolari di Şövkət Ələkbərova

Altri artisti di