Sənə Bircə Sözüm Var (Romans)
[Bənd 1]
Bulud göydən lal keçər
Başdan min xəyal keçər
Hicran yaxın gələndə
Könüldən vüsal keçər
[Nəqərat]
Ülkər gözlü şux nigar
Sənə bircə sözüm var
Göydən ulduz axanda
Alışaydım yaxanda
Ülkər gözlü şux nigar
Sənə bircə sözüm var
Göydən ulduz axanda
Alışaydım yaxanda
[Keçid]
Ömür axar bir sudur
Sevgi şirin duyğudur
İnsanları yaşadan
Saf əməl, saf arzudur
Ömür axar bir sudur
Sevgi şirin duyğudur
İnsanları yaşadan
Saf əməl, saf arzudur
[Nəqərat]
Ülkər gözlü şux nigar
Sənə bircə sözüm var
Göydən ulduz axanda
Alışaydım yaxanda