Qızıl Üzük

Tofiq Quliyev, Rəsul Rza

[Bənd 1]
Üzüyümün qaşı firuzədəndir
Könlüm açılmayır bu gün, nədəndir?
Ağır gündə, dost əlindən bərk yapış
Böyük duyğu ömrü bahar edəndir
Böyük duyğu ömrü bahar edəndir

[Bənd 2]
Bulud gələr, çiskin çilər, nəm eylər
Yar yarından ayrı düşsə, qəm eylər
Sevgilimdən necə qalım aralı?
Hər baxışı qəlbə yüz məlhəm eylər
Hər baxışı qəlbə yüz məlhəm eylər

[Bənd 3]
Bizim bağlar, çöllər xoş bir tamaşa
Sonalar göllərdə süzürlər qoşa
Necə çətin olsa ömrün yolları
Birlikdə yorulmaz, vurarıq başa
Birlikdə yorulmaz, vurarıq başa

Curiosità sulla canzone Qızıl Üzük di Şövkət Ələkbərova

Quando è stata rilasciata la canzone “Qızıl Üzük” di Şövkət Ələkbərova?
La canzone Qızıl Üzük è stata rilasciata nel 2022, nell’album “İfalar Vol. 7”.
Chi ha composto la canzone “Qızıl Üzük” di di Şövkət Ələkbərova?
La canzone “Qızıl Üzük” di di Şövkət Ələkbərova è stata composta da Tofiq Quliyev, Rəsul Rza.

Canzoni più popolari di Şövkət Ələkbərova

Altri artisti di