Özünə Qurban

Andrey Babayev, Ənvər Əlibəyli

[Bənd 1]
Demişdin, yaz gəlsin
Yaz gəldi, ay qız
Söyüdlər sulara kölgə də saldı
Çiçəklər açıldı, göyərdi yarpız
Verdiyin vədələr harada qaldı?

[Nəqərat]
Özünə qurbanam
Sözünə qurbanam
Gözünə qurbanam, ax, yar

Özünə qurbanam
Sözünə qurbanam
Gözünə qurbanam, yar

[Bənd 2]
Yaz qurtardı artıq, dinmirsən nədən?
Axı, söz vermişdin, əhdimiz var
Dözə bilməyirəm, darıxıram mən
Sevindir qəlbimi, ey gözəl yar

[Nəqərat]
Özünə qurbanam
Sözünə qurbanam
Gözünə qurbanam, ax, yar

Özünə qurbanam
Sözünə qurbanam
Gözünə qurbanam, yar

[Bənd 3]
Verdiyin vədəyə əməl et barı
Birləşsin arzumuz, ürəyimiz
Payızda eyləyək toyumuzu biz
Hiss et qəlbimdəki duyğuları

[Nəqərat]
Özünə qurbanam
Sözünə qurbanam
Gözünə qurbanam, ax, yar

Özünə qurbanam
Sözünə qurbanam
Gözünə qurbanam, yar

Curiosità sulla canzone Özünə Qurban di Şövkət Ələkbərova

Quando è stata rilasciata la canzone “Özünə Qurban” di Şövkət Ələkbərova?
La canzone Özünə Qurban è stata rilasciata nel 2022, nell’album “İfalar Vol. 8”.
Chi ha composto la canzone “Özünə Qurban” di di Şövkət Ələkbərova?
La canzone “Özünə Qurban” di di Şövkət Ələkbərova è stata composta da Andrey Babayev, Ənvər Əlibəyli.

Canzoni più popolari di Şövkət Ələkbərova

Altri artisti di