Oxu, Tar

Mikayıl Müşfiq, Ramiz Mirişli

[Nəqərat: Şövkət Ələkbərova]
Oxu, tar, oxu, tar
Səsindən ən lətif şeirlər dinləyim
Oxu, tar, bir qədər
Nəğməni su kimi alışan ruhuma çiləyim
Ey geniş kütlənin şirini, şərbəti
Alovlu sənəti
Ey geniş kütlənin şirini, şərbəti
Alovlu sənəti

[Bənd 1: İslam Rzayev]
Zilin var, vəsətin, bəmin var
Sənin də quşların dəmindən ayrılan
Bir özgə dəmin var

Zilin var, vəsətin, bəmin var
Sənin də quşların dəmindən ayrılan
Bir özgə dəmin var

Səni də avara eyləmiş
Dağınıq telli bir zərəfşan
Onunçün segahın danışır
Pərişan, pərişan

O sarı simlərin lisanı
Salmazmı heyrətə insanı?
O sarı simlərin lisanı
Salmazmı heyrətə insanı?

[Nəqərat: Şövkət Ələkbərova]
Oxu, tar, oxu, tar
Səsindən ən lətif şeirlər dinləyim
Oxu, tar, bir qədər
Nəğməni su kimi alışan ruhuma çiləyim

Oxu, tar
Səni kim unudar?

Ey geniş kütlənin şirini, şərbəti
Alovlu sənəti
Ey geniş kütlənin şirini, şərbəti
Alovlu sənəti

Curiosità sulla canzone Oxu, Tar di Şövkət Ələkbərova

Quando è stata rilasciata la canzone “Oxu, Tar” di Şövkət Ələkbərova?
La canzone Oxu, Tar è stata rilasciata nel 2022, nell’album “İfalar, Vol. 3”.
Chi ha composto la canzone “Oxu, Tar” di di Şövkət Ələkbərova?
La canzone “Oxu, Tar” di di Şövkət Ələkbərova è stata composta da Mikayıl Müşfiq, Ramiz Mirişli.

Canzoni più popolari di Şövkət Ələkbərova

Altri artisti di