Nəsən Sən

Ramiz Mustafayev, Bəxtiyar Vahabzadə

[Bənd 1]
Röya kimi sənsiz keçən ömrün
Hər şöhrəti sənsən, şanı sənsən
Hüsn aşiqi çılğın, dəli könlün
Həm dərdi və həm dərmanı sənsən

[Nəqərat]
Ömrün bəzəyi, zinəti sənsən
Mənamı, ya hikmətmi?
Nəsən sən?

Ömrün bəzəyi, zinəti sənsən
Mənamı, ya hikmətmi?
Nəsən sən?

[Bənd 2]
Sən həm şəkərim, həm zəhərimsən
Sən həm xeyrim, həm zərərimsən
Sən həm gülüşüm, həm, həm ahımsan
Sən həm dünənim, həm sabahımsan

[Nəqərat]
Çoxdur pərilər, bir dənəsən sən
Ömrümmü, həyatımmı?
Nəsən sən?
Çoxdur pərilər, bir dənəsən sən
Ömrümmü, həyatımmı?
Nəsən sən?

[Bənd 3]
Uçmaq dilərəm, göylərə uçmaq
Xəncər kimi öndə çıxıb ancaq
Hər cəhdimi hər yerdə kəsən sən
Bir dostmu, ya düşmənmi, nəsən sən?

[Nəqərat]
Hökmünlə sən aldın məni məndən
Sultanmı, ya xaqanmı?
Nəsən sən?

Bir meh kimi ruhumda əsən sən
Ruhummu, xəyalımmı?
Nəsən sən?

[Keçid]
A-a-a-a-a-a-ah
A-a-a-a-a-a-ah

[Nəqərat]
Bir meh kimi ruhumda əsən sən
Ruhummu, xəyalımmı?
Nəsən sən?

Nəsən sən?
Nəsən sən?

Curiosità sulla canzone Nəsən Sən di Şövkət Ələkbərova

Quando è stata rilasciata la canzone “Nəsən Sən” di Şövkət Ələkbərova?
La canzone Nəsən Sən è stata rilasciata nel 2022, nell’album “İfalar Vol. 7”.
Chi ha composto la canzone “Nəsən Sən” di di Şövkət Ələkbərova?
La canzone “Nəsən Sən” di di Şövkət Ələkbərova è stata composta da Ramiz Mustafayev, Bəxtiyar Vahabzadə.

Canzoni più popolari di Şövkət Ələkbərova

Altri artisti di