Laylay

Xalq Mahnısı

[Bənd 1]
Şirin-şirin yat, ay bala
Boya-başa çat, ay bala
Sən də bir gün öz səsini
El səsinə qat, ay bala

[Nəqərat]
Sənə deyir laylay
Hər ötən quş, hər axan çay
Bu gözəl, şən anamız vətən
Laylay, laylay, laylay

[Bənd 2]
Hər şöhrətim, şanım sənsən
Candan ayrı canım sənsən
Nə təmizdir gül nəfəsin
Sən ətirli bir çəmənsən

[Nəqərat]
Sənə deyir laylay
Hər ötən quş, hər axan çay
Bu gözəl, şən anamız vətən
Laylay, laylay, laylay

[Bənd 3]
Yat, ay quzum, şirin-şirin
Həyat sənin, dövran sənin
Qayğısıyla boy atırsan
Qucağında bu vətənin

[Nəqərat]
Sənə deyir laylay
Hər ötən quş, hər axan çay
Bu gözəl, şən anamız vətən

Sənə deyir laylay
Hər ötən quş, hər axan çay
Bu gözəl, şən anamız vətən
Laylay, laylay...

Curiosità sulla canzone Laylay di Şövkət Ələkbərova

Quando è stata rilasciata la canzone “Laylay” di Şövkət Ələkbərova?
La canzone Laylay è stata rilasciata nel 2022, nell’album “İfalar Vol. 8”.
Chi ha composto la canzone “Laylay” di di Şövkət Ələkbərova?
La canzone “Laylay” di di Şövkət Ələkbərova è stata composta da Xalq Mahnısı.

Canzoni più popolari di Şövkət Ələkbərova

Altri artisti di