Kəklik

Ağabacı Rzayeva, Məmməd Hüseynov

[Bənd 1]
Nə süzürsən narın-narın
Yenə daşdan-daşa, kəklik?
Nə süzürsən narın-narın?
Yenə daşdan-daşa, kəklik?

Könlüm istər nəğmə kimi, hey
Bircə nəğmə qoşa, kəklik
Qoşa kəklik, qoşa kəklik

[Nəqərat]
Niyə tək sən danışarsan?
Niyə tək sən danışarsan?
Dağlar qızı, xallı gözəl
Bir vəfalı yar ilə gəl
Vuraq ömrü başa, kəklik
Qəşəng kəklik, gözəl kəklik

[Bənd 2]
Sinən altı sal qırmızı
Ayaqların al qırmızı
Sinən altı sal qırmızı
Ayaqların al qırmızı

Dimdiyində xal qırmızı, hey
Yanır qoşa-qoşa, kəklik
Qoşa kəklik, qoşa kəklik

[Nəqərat]
Niyə tək sən danışarsan?
Niyə tək sən danışarsan?
Dağlar qızı, xallı gözəl
Bir vəfalı yar ilə gəl
Vuraq ömrü başa, kəklik
Qoşa kəklik, qəşəng kəklik

[Bənd 3]
Dağlar qoynu çiçək-çiçək
Mən gedirəm, getmir ürək
Dağlar qoynu çiçək-çiçək
Mən gedirəm, getmir ürək

Uç şairin xəyalıtək, ey
Bu dağlarda yaşa, kəklik
Yaşa, kəklik, qoşa kəklik

[Nəqərat]
Niyə tək sən danışarsan?
Niyə tək sən danışarsan?
Dağlar qızı, xallı gözəl
Bir vəfalı yar ilə gəl
Vuraq ömrü başa, kəklik
Qoşa kəklik, qəşəng kəklik

Curiosità sulla canzone Kəklik di Şövkət Ələkbərova

Quando è stata rilasciata la canzone “Kəklik” di Şövkət Ələkbərova?
La canzone Kəklik è stata rilasciata nel 2022, nell’album “İfalar, Vol. 3”.
Chi ha composto la canzone “Kəklik” di di Şövkət Ələkbərova?
La canzone “Kəklik” di di Şövkət Ələkbərova è stata composta da Ağabacı Rzayeva, Məmməd Hüseynov.

Canzoni più popolari di Şövkət Ələkbərova

Altri artisti di