Bakı Gecələri

Ələkbər Tağıyev, Ələkbər Ziyatay

[Bənd 1]
Aylı gecə, doğma şəhər
Ətrafına sal bir nəzər
Yollarını nurla bəzər
Bizim Bakı gecələri
Yollarını nurla bəzər
Bizim Bakı gecələri

Əsər külək sərin-sərin
Əsər külək sərin-sərin
Qucağından göy Xəzərin
Gözəlidir gecələrin
Bizim Bakı gecələri
Gözəlidir gecələrin
Bizim Bakı gecələri

[Nəqərat]
Bəzən sakit həyatlıdır
Bəzən toylu-büsatlıdır
Bəzən sakit həyatlıdır
Bəzən toylu-büsatlıdır

Göy göyərçin qanadlıdır
Bizim Bakı gecələri
Bizim Bakı gecələri
Bizim Bakı gecələri
Gecələri, gecələri…

[Bənd 2]
Xoş ətirli yaza bənzər
Yüz nəğməli saza bənzər
Qara gözlü qıza bənzər
Bizim Bakı gecələri
Qara gözlü qıza bənzər
Bizim Bakı gecələri

Söhbətini şirin-şirin
Söhbətini şirin-şirin
Dinlər qoşa gəzənlərin
Sirdaşıdır gözəllərin
Bizim Bakı gecələri
Sirdaşıdır gözəllərin
Bizim Bakı gecələri

[Nəqərat]
Bəzən sakit həyatlıdır
Bəzən toylu-büsatlıdır
Bəzən sakit həyatlıdır
Bəzən toylu-büsatlıdır

Göy göyərçin qanadlıdır
Bizim Bakı gecələri
Bizim Bakı gecələri
Bizim Bakı gecələri
Gecələri, gecələri…

Curiosità sulla canzone Bakı Gecələri di Şövkət Ələkbərova

Quando è stata rilasciata la canzone “Bakı Gecələri” di Şövkət Ələkbərova?
La canzone Bakı Gecələri è stata rilasciata nel 2022, nell’album “İfalar, Vol. 5”.
Chi ha composto la canzone “Bakı Gecələri” di di Şövkət Ələkbərova?
La canzone “Bakı Gecələri” di di Şövkət Ələkbərova è stata composta da Ələkbər Tağıyev, Ələkbər Ziyatay.

Canzoni più popolari di Şövkət Ələkbərova

Altri artisti di