Aşiqəm

[Bənd 1]
Günəşli ölkəmin aşiqiyəm mən
Nə devlətə, nə də vara aşiqəm
Öldürsələr, yalan gəlməz dilimə
Doğru sözə, düz ilqara aşiqəm
Hey aşiqəm, yar, aşiqəm, hey...
Doğru sözə, düz ilqara aşiqəm...

[Bənd 2]
Mən elimdən, obamdan ilham aldım
Yurdumun adını dastana saldım
Sənətimlə şöhrət tapdım, ucaldım
Xalqımdakı etibara aşiqəm
Hey aşiqəm, yar, aşiqəm, hey...
Xalqımdakı etibara aşiqəm...

[Bənd 3]
Yeni həyat, yeni büsat qurmuşam
Bir əsgərtək keşiyində durmuşam
Zəfər nəğməsilə ötən bir quşam
Yurdumdakı ilk bahara aşiqəm
Hey aşiqəm, yar, aşiqəm, hey...
Yurdumdakı ilk bahara aşiqəm...

[Bənd 4]
Artdıqca yurdumun şəni, rövnəqi
Coşur ilhamımın qaynar bulağı
Nəğməm gəzir hər obanı, oylağı
Sənətkaram, sənətkara aşiqəm
Hey aşiqəm, yar, aşiqəm, hey...
Sənətkaram, sənətkara aşiqəm...

Curiosità sulla canzone Aşiqəm di Şövkət Ələkbərova

Quando è stata rilasciata la canzone “Aşiqəm” di Şövkət Ələkbərova?
La canzone Aşiqəm è stata rilasciata nel 2022, nell’album “İfalar, Vol. 4”.

Canzoni più popolari di Şövkət Ələkbərova

Altri artisti di