Ana
[Bənd 1]
Sonsuz bəşəriyyətin beşiyi anadır, ana
Həyat baharının Günəşi deyirəm sana
Çünki sən də bir ananın arzusundan yarandın
Anana daim sadiq qaldın
[Bənd 2]
Anadır həyatın şöhrəti, şanı
Ey ana, yüksəkdir şərəfli adın
Sənsən həyata verən uçuş qanadı
Sən övladını bəslədiyin zaman
Ana məhəbbəti anladın o an
[Bənd 3]
Olarmı unutmaq mehriban, gözəl ananı?
Bəxş edən həyata qüdrətli qəhrəman balanı
Yaşa, anacan, daim həyatda, şən ol, yaşa
Dəyməsin arzu, kamın daşa, anacan...