Oxu (Vokaliz)

Tünzalə, Mikayıl Müşfiq

Oxu, sevdiciyim, öz həvəsinlə
İlham qanadlanır sənin səsinlə
Nəğməndə oyansın sellərin səsi
Dan yerindən əsən yellərin səsi

Gülləri qoxlayan bir rüzgar kimi
Qumları oxşayan dalğalar kimi
Titrəyən, çağlayan nəğmən olaydım
Ürəyindən qopan səs mən olaydım

Oxu, qüvvət gəlsin şeirə, sənətə
Könlümün quşunu gətir heyrətə
Nə qədər bənzəyir, vardım fərqinə
Ömrümün ahəngi sənin şərqinə
Ürək kövrəkləşir sən oxuyanda
Sən də dinləsəydin mən oxuyanda
Oxu, sevdiciyim, öz həvəsinlə
İlham qanadlanır sənin səsinlə

Oxu, qüvvət gəlsin şeirə, sənətə
Könlümün quşunu gətir heyrətə
Nə qədər bənzəyir, vardım fərqinə
Ömrümün ahəngi sənin şərqinə
Ürək kövrəkləşir sən oxuyanda
Sən də dinləsəydin mən oxuyanda
Oxu, sevdiciyim, öz həvəsinlə
İlham qanadlanır sənin səsinlə

Curiosità sulla canzone Oxu (Vokaliz) di Tünzalə

Quando è stata rilasciata la canzone “Oxu (Vokaliz)” di Tünzalə?
La canzone Oxu (Vokaliz) è stata rilasciata nel 2004, nell’album “Bir Də Baxım”.
Chi ha composto la canzone “Oxu (Vokaliz)” di di Tünzalə?
La canzone “Oxu (Vokaliz)” di di Tünzalə è stata composta da Tünzalə, Mikayıl Müşfiq.

Canzoni più popolari di Tünzalə

Altri artisti di