Sənin Kimi

Tünzalə, Yusif Mədətsoy

[Bənd 1]
Baxışlarımın başı üstdə dayanan
Gözlərimi dikdiyim ulduzlar da sənin kimidir
Sevdiyim nə varsa avunduran, yandıran
Usandıran, inandıran nə varsa sənin kimidir

Mənim olan, olmayan həyatı sevdiyim kimi
Sevdiyim dünya da sənin kimidir
Ruhumu oynadan baharlar, yazlar da
Sevdiyim göylər də sənin kimidir
Sevdiklərimin, de, hansı mənimkidir?

[Nəqərat]
Sənsə elə mənimsən ki, mənim deyilsən
Mənsə elə sənsizəm ki, sən mənimləsən
Sənsə elə mənimsən ki, mənim deyilsən
Mənsə elə sənsizəm ki, sən mənimləsən
Mənim olmasan da, sevirəm səni...

[Bənd 2]
Baxışlarımın başı üstdə dayanan
Gözlərimi dikdiyim ulduzlar da sənin kimidir
Ruhumu oynadan baharlar, yazlar da
Sevdiyim göylər də sənin kimidir
Sevdiklərimin, de, hansı mənimkidir?

[Nəqərat]
Sənsə elə mənimsən ki, mənim deyilsən
Mənsə elə sənsizəm ki, sən mənimləsən
Sənsə elə mənimsən ki, mənim deyilsən
Mənsə elə sənsizəm ki, sən mənimləsən

[Keçid]
Mənim olmasan da, sevirəm səni
Xəyalına büründüyüm gecələrdə
Yuxusuzluq sevən gözlərin kimi
Mənim olmasan da, sevirəm səni...
Mənim olmasan da, sevirəm, sevirəm səni

[Çıxış]
Sənsə elə mənimsən ki, mənim deyilsən
Mənsə elə sənsizəm ki, sən mənimləsən
Mənim olmasan da, sevirəm səni...

Curiosità sulla canzone Sənin Kimi di Tünzalə

Quando è stata rilasciata la canzone “Sənin Kimi” di Tünzalə?
La canzone Sənin Kimi è stata rilasciata nel 2022, nell’album “Salamat Qal”.
Chi ha composto la canzone “Sənin Kimi” di di Tünzalə?
La canzone “Sənin Kimi” di di Tünzalə è stata composta da Tünzalə, Yusif Mədətsoy.

Canzoni più popolari di Tünzalə

Altri artisti di