İgidlər

Çərkəz Xalq Mahnısı, Sevinc Kərimova

[Bənd 1]
Dağların başında ərənlər yaşar
Hay salıb hayqırar, sel olub daşar
Qəlbləri bu yurda sevgidən coşar
Bu eşqlə dolarlar yaşa igidlər

[Nəqərat]
Döyüşə gedəndə gülər igidlər
Odlardan sıyrılıb gələr igidlər
Vətənin qədrini bilər igidlər
Qartaltək zirvədə ölər igidlər

[Bənd 2]
Bu eldə gözəllər sevərlər mərdi
Hər ocaq başında hər oğul ərdir
Vətənçün can vermək burda hünərdir
Hərəsi bir uca nərdir igidlər

[Nəqərat]
Döyüşə gedəndə gülər igidlər
Odlardan sıyrılıb gələr igidlər
Vətənin qədrini bilər igidlər
Qartaltək zirvədə ölər igidlər

[Bənd 3]
Dar gündə elinin dadına çatar
Düşmənin bağrına ox olub batar
Vətənə borcunu ruhuna qatar
Qeyrəti uca tutar igidlər

[Nəqərat]
Döyüşə gedəndə gülər igidlər
Odlardan sıyrılıb gələr igidlər
Vətənin qədrini bilər igidlər
Qartaltək zirvədə ölər igidlər

İgidlər
İgidlər
İgidlər
İgidlər

Döyüşə gedəndə gülər igidlər
Odlardan sıyrılıb gələr igidlər
Vətənin qədrini bilər igidlər
Qartaltək zirvədə ölər igidlər

Döyüşə gedəndə gülər igidlər
Odlardan sıyrılıb gələr igidlər
Vətənin qədrini bilər igidlər
Qartaltək zirvədə ölər igidlər
Vətənin qədrini bilər igidlər
Qartaltək zirvədə ölər igidlər

Curiosità sulla canzone İgidlər di Tünzalə

Quando è stata rilasciata la canzone “İgidlər” di Tünzalə?
La canzone İgidlər è stata rilasciata nel 2011, nell’album “Anam Azərbaycan”.
Chi ha composto la canzone “İgidlər” di di Tünzalə?
La canzone “İgidlər” di di Tünzalə è stata composta da Çərkəz Xalq Mahnısı, Sevinc Kərimova.

Canzoni più popolari di Tünzalə

Altri artisti di