Xınayaxdı

Zəlimxan Yaqub, Sevda Məmmədli

[Bənd 1]
Elçi şirin çayını vaxtında içib gedib
Bəy gəlib gözəllərin gözünü seçib gedib
Elçi şirin çayını vaxtında içib gedib
Bəy gəlib gözəllərin gözünü seçib gedib

Fikri özündən qabaq atlanıb, köçüb gedib
Bu qız gəlin köçməyə hazırlaşır, mübarək
Fikri özündən qabaq atlanıb, köçüb gedib
Bu qız gəlin köçməyə hazırlaşır, mübarək

[Nəqərat]
Sığallı bir sonadır, sonalığı mübarək
Xınayaxdı gecəsi, xınalığı mübarək
Sığallı bir sonadır, sonalığı mübarək
Xınayaxdı gecəsi, xınalığı mübarək

Gəlinliyi mübarək, analığı mübarək
Bu qız gəlin köçməyə hazırlaşır, mübarək
Gəlinliyi mübarək, analığı mübarək
Bu qız gəlin köçməyə hazırlaşır, mübarək
Bu qız gəlin köçməyə hazırlaşır, mübarək

[Bənd 2]
Fikrindən, xəyalından gündə yüz dilək keçir
Könlünə beşik düşüb, meylindən bələk keçir
Fikrindən, xəyalından gündə yüz dilək keçir
Könlünə beşik düşüb, meylindən bələk keçir

Gözümün önündən sanki bir mələk keçir
Bu qız gəlin köçməyə hazırlaşır, mübarək
Gözümün önündən sanki bir mələk keçir
Bu qız gəlin köçməyə hazırlaşır, mübarək

[Nəqərat]
Sığallı bir sonadır, sonalığı mübarək
Xınayaxdı gecəsi, xınalığı mübarək
Sığallı bir sonadır, sonalığı mübarək
Xınayaxdı gecəsi, xınalığı mübarək

Gəlinliyi mübarək, analığı mübarək
Bu qız gəlin köçməyə hazırlaşır, mübarək
Gəlinliyi mübarək, analığı mübarək
Bu qız gəlin köçməyə hazırlaşır, mübarək
Bu qız gəlin köçməyə hazırlaşır, mübarək

Sığallı bir sonadır, sonalığı mübarək
Xınayaxdı gecəsi, xınalığı mübarək
Sığallı bir sonadır, sonalığı mübarək
Xınayaxdı gecəsi, xınalığı mübarək

Gəlinliyi mübarək, analığı mübarək
Bu qız gəlin köçməyə hazırlaşır, mübarək
Gəlinliyi mübarək, analığı mübarək
Bu qız gəlin köçməyə hazırlaşır, mübarək
Bu qız gəlin köçməyə hazırlaşır, mübarək

Curiosità sulla canzone Xınayaxdı di Lalə Məmmədova

Quando è stata rilasciata la canzone “Xınayaxdı” di Lalə Məmmədova?
La canzone Xınayaxdı è stata rilasciata nel 2022, nell’album “Vol. 4”.
Chi ha composto la canzone “Xınayaxdı” di di Lalə Məmmədova?
La canzone “Xınayaxdı” di di Lalə Məmmədova è stata composta da Zəlimxan Yaqub, Sevda Məmmədli.

Canzoni più popolari di Lalə Məmmədova

Altri artisti di Pop