Bura Yurdun Cənubudur

Vahid Əziz, Novruz Aslan

[Bənd 1]
Bura yurdun cənubudur
Gözü mənəm cənubun
Həsrətini eşitdiyim
Gözəl balam, tanı bu

Bura yurdun cənubudur
Dumanı bu, çəni bu
Durna qaçmaz o yerlərdən
Ürəyimin qanı bu

Bura yurdun cənubudur
Dumanı bu, çəni bu
Durna qaçmaz o yerlərdən
Ürəyimin qanı bu

[Nəqərat]
Məni atıb getməz o həsrət
Mən ölüncə bitməz o həsrət
Çiçək olub boynunu bükən
Vətən, sənsiz qalan məhəbbət

Məni atıb getməz o həsrət
Mən ölüncə bitməz o həsrət
Çiçək olub boynunu bükən
Vətən, sənsiz qalan məhəbbət
Vətən, sənsiz qalan məhəbbət

[Bənd 2]
Bura yurdun cənubudur
Ürəyimin qəmi bu
Yağmurlarım əlimdədir
Qəribsəyən canı bu

Bura yurdun cənubudur
Sevgimin ünvanı bu
Dünya boyda bir Vətəndim
Məndən qalan cəmi bu

Bura yurdun cənubudur
Sevgimin ünvanı bu
Dünya boyda bir Vətəndim
Məndən qalan cəmi bu

[Nəqərat]
Məni atıb getməz o həsrət
Mən ölüncə bitməz o həsrət
Çiçək olub boynunu bükən
Vətən, sənsiz qalan məhəbbət

Məni atıb getməz o həsrət
Mən ölüncə bitməz o həsrət
Çiçək olub boynunu bükən
Vətən, sənsiz qalan məhəbbət

Məni atıb getməz o həsrət
Mən ölüncə bitməz o həsrət
Çiçək olub boynunu bükən
Vətən, sənsiz qalan məhəbbət
Vətən, sənsiz qalan məhəbbət

Curiosità sulla canzone Bura Yurdun Cənubudur di Lalə Məmmədova

Quando è stata rilasciata la canzone “Bura Yurdun Cənubudur” di Lalə Məmmədova?
La canzone Bura Yurdun Cənubudur è stata rilasciata nel 2021, nell’album “İfalar Vol.2”.
Chi ha composto la canzone “Bura Yurdun Cənubudur” di di Lalə Məmmədova?
La canzone “Bura Yurdun Cənubudur” di di Lalə Məmmədova è stata composta da Vahid Əziz, Novruz Aslan.

Canzoni più popolari di Lalə Məmmədova

Altri artisti di Pop