Səs

Aydın Əhmədzadə, Vüqar Camalzadə

[Bənd 1]
Səs...
Uzaqdan gələn səs
Qəmli bir nalə
Gələr, yetişər

Səs...
Mənə doğma bu səs
Gerçəkdən xəyala
Qopar, bitişər

[Nəqərat]
O istəkdir, o arzudur
Həyat eşqiylə hər an doludur
Min-min insan, nalə, üsyan
De, nəsən, sən anlamazsan

O istəkdir, o arzudur
Həyat eşqiylə hər an doludur
Min-min insan, nalə, üsyan
Anlamazsan bu dərdi, möhnəti
Sənə heç yoxdur güman

[Bənd 2]
Sənədir bir insan
Ümidtək yaradan
Qəlbim – deyər

Bax dünyaya, oyan sən
Döyünən ürəklər
Hər zaman deyəcək

[Nəqərat]
O ümiddir, o gümandır
Onsuz olmaq nə yamandır
Həyat heç vaxt olmur asan
Beləsən sən, anlamazsan

O ümiddir, o gümandır
Onsuz olmaq nə yamandır
Həyat heç vaxt olmur asan
Anlamazsan bu dərdi, möhnəti
Sənə heç yoxdur güman

Curiosità sulla canzone Səs di Lalə Məmmədova

In quali album è stata rilasciata la canzone “Səs” di Lalə Məmmədova?
Lalə Məmmədova ha rilasciato la canzone negli album “90-Lar” e “Səni Sevirəm” nel 2006.
Chi ha composto la canzone “Səs” di di Lalə Məmmədova?
La canzone “Səs” di di Lalə Məmmədova è stata composta da Aydın Əhmədzadə, Vüqar Camalzadə.

Canzoni più popolari di Lalə Məmmədova

Altri artisti di Pop