Məktəb İlləri
[Bənd 1]
Geyimimiz, hüququmuz bir idi
Şagird idi hamımızın adı da
Elə bil ki, boyumuz da eyniydi
Aman Allah, nə xoşbəxtdik biz onda!
Bir müəllim töhmətiydi dərdimiz
Bir töhmətdən için-için yanırdıq
Hələ onda bilmirdik ki, bunu biz
Bir gün necə həsrət ilə anarıq...
Dünya hələ bizim üçün nağıldı
Min arzuyla alışırdıq, yanırdıq
Özümüzü biz hamıdan ağıllı
Özümüzü nə bəxtəvər sanırdıq
[Nəqərat]
Məktəb illəri
Ömrümün ən şirin, duyğulu, qayğısız günləri
Hər anı bir ömrə bərabər, sehirli günləri
Ən təmiz arzulu günləri
Məktəb illəri
Ömrümün ən şirin, duyğulu, qayğısız günləri
Hər anı bir ömrə bərabər, sehirli günləri
Ən təmiz arzulu günləri
[Bənd 2]
Hələ onda bu dünyanın şərindən
Yalanından xəbərimiz yox idi
Qəm-qüssəmiz, kədərimiz bir damcı
Hələ onda sevincimiz çox idi
Yazılanı bir silgi ilə pоzmaq da
Bizim üçün nə asandı, nə asan
Xəbərsizdik ömrümüzə biz hələ
Tale yazan pozulmayan yazıdan