Lalə

Lalə Məmmədova, Əntiqə Əlizadə

[Bənd 1]
Xalıtək sərildin çəmənə, düzə
Təbiətin xallı qızısan, lalə
Əl gəlmir ki, səni çəməndən üzə
Baharın söhbəti, sözüsən, lalə

[Nəqərat]
Çəmənlər gəl deyir açılanda sən
Çiçəklər içində bircə dənəsən
Payızda qayıdıb, bir də gələsən
Sevən könüllərin yazısan, lalə

Çəmənlər gəl deyir açılanda sən
Çiçəklər içində bircə dənəsən
Payızda qayıdıb, bir də gələsən
Sevən könüllərin yazısan, lalə

[Bənd 2]
Yanağın üstündə büllurtək jalə
Hər baxan düşünüb gedir xəyalə
Saldın könülləri gör necə halə?
Zərif çiçəklərin gözüsən, lalə

[Nəqərat]
Çəmənlər gəl deyir açılanda sən
Çiçəklər içində bircə dənəsən
Payızda qayıdıb, bir də gələsən
Sevən könüllərin yazısan, lalə

Çəmənlər gəl deyir açılanda sən
Çiçəklər içində bircə dənəsən
Payızda qayıdıb, bir də gələsən
Sevən könüllərin yazısan, lalə

[Bənd 3]
Gəlişin çöllərə sevinc gətirər
Şəfəqlər rəngini səndən götürər
Torpaq sinəsində alov bitirər
Sən neçə ümidin özüsən, lalə

[Nəqərat]
Çəmənlər gəl deyir açılanda sən
Çiçəklər içində bircə dənəsən
Payızda qayıdıb, bir də gələsən
Sevən könüllərin yazısan, lalə

Çəmənlər gəl deyir açılanda sən
Çiçəklər içində bircə dənəsən
Payızda qayıdıb, bir də gələsən
Sevən könüllərin yazısan, lalə
Sevən könüllərin yazısan, lalə
Sevən könüllərin yazısan, lalə

Curiosità sulla canzone Lalə di Lalə Məmmədova

In quali album è stata rilasciata la canzone “Lalə” di Lalə Məmmədova?
Lalə Məmmədova ha rilasciato la canzone negli album “Qızıl Lalədir Adım” nel 2008 e “Vol. 4” nel 2022.
Chi ha composto la canzone “Lalə” di di Lalə Məmmədova?
La canzone “Lalə” di di Lalə Məmmədova è stata composta da Lalə Məmmədova, Əntiqə Əlizadə.

Canzoni più popolari di Lalə Məmmədova

Altri artisti di Pop