Kim Bilir

Baba Vəziroğlu, Tünzalə

[Bənd 1]
Nə biləydim, hicran hara, mən hara?
Necə düşdüm bu yağışa, bu qara?
Ümid səpdim sən getdiyin yollara
Yaz gələndə bitəcəkmi, kim bilir? (Kim bilir?)

Nə biləydim, hicran hara, mən hara?
Necə düşdüm bu yağışa, bu qara?
Ümid səpdim sən getdiyin yollara
Yaz gələndə bitəcəkmi, kim bilir? (Kim bilir?)

Kim bilir? Kim bilir?
Kim bilir? Kim bilir?

[Nəqərat]
Kim deyir ki, sevdiyini atar yar?
Sevgi varsa, öz yarına çatar yar
Kim deyir ki, sevdiyini atar yar?
Sevgi varsa, öz yarına çatar yar

Səni məndən ayrı salan qatarlar
Bir də burdan ötəcəkmi, kim bilir? (Kim bilir?)
Səni məndən ayrı salan qatarlar
Bir də burdan ötəcəkmi, kim bilir? (Kim bilir?)
Kim bilir? Kim bilir?

[Bənd 2]
Xəzan vurdu, erkən soldu güllərim
Dumana büründü sənli günlərim
Həsrətinlə bu uzalı əllərim
Sənə yetəcəkmi, kim bilir? (De, kim bilir?)

Xəzan vurdu, erkən soldu güllərim
Dumana büründü sənli günlərim
Həsrətinlə bu uzalı əllərim
Sənə yetəcəkmi, kim bilir?

Kim bilir? Kim bilir?
Kim bilir? Kim bilir?

[Nəqərat]
Kim deyir ki, sevdiyini atar yar?
Sevgi varsa, öz yarına çatar yar
Kim deyir ki, sevdiyini atar yar?
Sevgi varsa, öz yarına çatar yar

Səni məndən ayrı salan qatarlar
Bir də burdan ötəcəkmi, kim bilir?
Səni məndən ayrı salan qatarlar
Bir də burdan ötəcəkmi, kim bilir?
Kim bilir? Kim bilir?

Kim deyir ki, sevdiyini atar yar?
Sevgi varsa, öz yarına çatar yar
Kim deyir ki, sevdiyini atar yar?
Sevgi varsa, öz yarına çatar yar

Səni məndən ayrı salan qatarlar
Bir də burdan ötəcəkmi, kim bilir?
Səni məndən ayrı salan qatarlar
Bir də burdan ötəcəkmi, kim bilir?
Kim bilir? Kim bilir?

Curiosità sulla canzone Kim Bilir di Lalə Məmmədova

Quando è stata rilasciata la canzone “Kim Bilir” di Lalə Məmmədova?
La canzone Kim Bilir è stata rilasciata nel 2008, nell’album “Ürək Dostum”.
Chi ha composto la canzone “Kim Bilir” di di Lalə Məmmədova?
La canzone “Kim Bilir” di di Lalə Məmmədova è stata composta da Baba Vəziroğlu, Tünzalə.

Canzoni più popolari di Lalə Məmmədova

Altri artisti di Pop