İzin Qaldı

Pərvanə Zeynalova, Ədalət Şükürov

[Bənd 1]
Çox düşünmədən
Gəl, gözləyirəm
Bax, hərarəti
Sönüb ömrümün

Sən gərəyimsən
Son diləyimsən
Gəl, açsın yenə
Çiçəyim, gülüm

[Keçid]
Tək ümidi idin
Sən ürəyimin
Bir istəyinlə
Sənindir qəlbim

Bir saf məhəbbət
Bir də sədaqət
Mən daha səndən
Nə istəyirdim?

[Nəqərat]
Kiminsə sevgimizdə
Gözü qaldı, gözü qaldı
Sən getdin, taleyimdə
İzin qaldı, izin qaldı

Ürəyim, bil yolunu gözləyir hələ
O səninçün yaşayır, dönməsən belə

Kiminsə sevgimizdə
Gözü qaldı, gözü qaldı
Sən getdin, taleyimdə
İzin qaldı, izin qaldı

Ürəyim, bil yolunu gözləyir hələ
O səninçün yaşayır, dönməsən belə

[Bənd 2]
Kaş “gözlə” deyib
Çox gözlətməyib
Sən yaşadaydın
Məni yenidən

Xoş sözlərindən
Od tutsa qəlbim
Su çilənərdi
Kaş əllərindən

[Keçid]
Tək ümidi idin
Sən ürəyimin
Bir istəyinlə
Sənindir qəlbim

Bir saf məhəbbət
Bir də sədaqət
Mən daha səndən
Nə istəyirdim?

[Nəqərat]
Kiminsə sevgimizdə
Gözü qaldı, gözü qaldı
Sən getdin, taleyimdə
İzin qaldı, izin qaldı

Ürəyim, bil yolunu gözləyir hələ
O səninçün yaşayır, dönməsən belə

Kiminsə sevgimizdə
Gözü qaldı, gözü qaldı
Sən getdin, taleyimdə
İzin qaldı, izin qaldı

Ürəyim, bil yolunu gözləyir hələ
O səninçün yaşayır, dönməsən belə

Kiminsə sevgimizdə
Gözü qaldı, gözü qaldı
Sən getdin, taleyimdə
İzin qaldı, izin qaldı

Ürəyim, bil yolunu gözləyir hələ
O səninçün yaşayır, dönməsən belə

Kiminsə sevgimizdə
Gözü qaldı, gözü qaldı
Sən getdin, taleyimdə
İzin qaldı, izin qaldı

Ürəyim, bil yolunu gözləyir hələ
O səninçün yaşayır, dönməsən belə
O səninçün yaşayır, dönməsən belə
O səninçün yaşayır, dönməsən belə

Curiosità sulla canzone İzin Qaldı di Lalə Məmmədova

Quando è stata rilasciata la canzone “İzin Qaldı” di Lalə Məmmədova?
La canzone İzin Qaldı è stata rilasciata nel 2008, nell’album “Qızıl Lalədir Adım”.
Chi ha composto la canzone “İzin Qaldı” di di Lalə Məmmədova?
La canzone “İzin Qaldı” di di Lalə Məmmədova è stata composta da Pərvanə Zeynalova, Ədalət Şükürov.

Canzoni più popolari di Lalə Məmmədova

Altri artisti di Pop