Deyərmi

Emin Sabitoğlu, Vaqif Səmədoğlu

[Bənd 1]
Quşlar bağça-bağa girməzdən qabaq
Bağbana elçilər heç göndərərmi?
Bənövşələr dağda boyun bükəndə
Dumana elçilər heç göndərərmi?

[Nəqərat]
Göy çəmənə yağış yağanda səhər
Otlara, güllərə yağım deyərmi?
Ay işığı al yanağa düşəndə
Qara gözlərinə baxım deyərmi?

Deyərmi? Deyərmi?
Qara gözlərinə baxım deyərmi?
Deyərmi? Deyərmi?
Qara gözlərinə baxım deyərmi?

[Bənd 2]
Qışı əridəndə hər yanda günəş
Gəlim, ya gəlməyim soruşmaz bahar
Çiçək nəfəsiylə, körpə səsiylə
Gülüm, ya gülməyim soruşmaz bahar

[Nəqərat]
Göy çəmənə yağış yağanda səhər
Otlara, güllərə yağım deyərmi?
Ay işığı al yanağa düşəndə
Qara gözlərinə baxım deyərmi?

Deyərmi? Deyərmi?
Qara gözlərinə baxım deyərmi?
Deyərmi? Deyərmi?
Qara gözlərinə baxım deyərmi?

Deyərmi? Deyərmi?
Qara gözlərinə baxım deyərmi?
Deyərmi? Deyərmi?
Qara gözlərinə baxım deyərmi?

Deyərmi? Deyərmi?
Qara gözlərinə baxım deyərmi?
Deyərmi? Deyərmi?
Qara gözlərinə baxım deyərmi?

Curiosità sulla canzone Deyərmi di Lalə Məmmədova

Chi ha composto la canzone “Deyərmi” di di Lalə Məmmədova?
La canzone “Deyərmi” di di Lalə Məmmədova è stata composta da Emin Sabitoğlu, Vaqif Səmədoğlu.

Canzoni più popolari di Lalə Məmmədova

Altri artisti di Pop