Çinar Və Mən

Nəbi Xəzri, Şəfiqə Axundova

[Bənd 1]
Çinarsız bir bulaq bulaq deyil ki?!
Çinar mağarlıdır, çinar toyludur
Mənim torpağımda nahaq deyil ki!
Deyərlər, igidlər çinarboyludur

O, min nəğməlidir, min aləmlidir
Məna var çinarın şair dilində, şair dilində
Araz kənarında çinar qəmlidir
Çinar fərəhlidir Kür sahilində, Kür sahilində

[Nəqərat]
Bəli, Araz dedim, çinarlı Araz
Ağac da insan tək intizardadır
Araz, qışlı Araz, baharlı Araz
Çinar hardadırsa, gözüm ondadır

O min nəğməlidir, min aləmlidir
Məna var çinarın şair dilində, şair dilində
Araz kənarında çinar qəmlidir
Çinar fərəhlidir Kür sahilində, Kür sahilində

[Bənd 2]
Mən aldım cahandan arzu da, kam da
Dolaşdım, çinarın adı dilimdə
Mən çinar altında doğulmasam da
İstərəm, o bitsin son mənzilimdə

Sanaram, yenidən doğulmuşam mən
Əzəldən bağlıyam ana torpağa, ana torpağa
Sanaram, bir sərin meh olmuşam mən
Nəğməmlə qonmuşam yaşıl budağa, yaşıl budağa

[Nəqərat]
Bəli, Araz dedim, çinarlı Araz
Ağac da insan tək intizardadır
Araz, qışlı Araz, baharlı Araz
Çinar hardadırsa, gözüm ondadır

Mən aldım cahandan arzu da, kam da
Dolaşdım, çinarın adı dilimdə
Mən çinar altında doğulmasam da
İstərəm o bitsin son mənzilimdə
Son mənzilimdə

Mən aldım cahandan arzu da, kam da
Dolaşdım, çinarın adı dilimdə
Mən çinar altında doğulmasam da
İstərəm o bitsin son mənzilimdə
Son mənzilimdə
Son mənzilimdə
Son mənzilimdə

Curiosità sulla canzone Çinar Və Mən di Lalə Məmmədova

Quando è stata rilasciata la canzone “Çinar Və Mən” di Lalə Məmmədova?
La canzone Çinar Və Mən è stata rilasciata nel 2021, nell’album “Vol. 3”.
Chi ha composto la canzone “Çinar Və Mən” di di Lalə Məmmədova?
La canzone “Çinar Və Mən” di di Lalə Məmmədova è stata composta da Nəbi Xəzri, Şəfiqə Axundova.

Canzoni più popolari di Lalə Məmmədova

Altri artisti di Pop