Alagöz

Zeynal Cabbarzadə, Səid Rüstəmov

[Bənd 1]
Düşər üzdə xala göz
Şirin canım ala göz
Qara gözə can qurban
Yaman olur ala göz

[Nəqərat]
Alagöz, ay alagöz
Yaman olur ala göz
Alagöz, ay alagöz
Yaman olur ala göz

[Bənd 2]
Bülbül gələr yaz ilə
Yarım oynar saz ilə
Hər baxanda naz ilə
Ürəyimi çala göz

[Nəqərat]
Alagöz, ay alagöz
Ürəyimi çala göz
Alagöz, ay alagöz
Ürəyimi çala göz

[Bənd 3]
Yar bağını gəzərəm
Güllərini üzərəm
Hər nazına dözərəm
Təki mənim ol, alagöz

[Nəqərat]
Alagöz, ay alagöz
Təki mənim ol, alagöz
Alagöz, ay alagöz
Mənim ola alagöz

[Çıxış]
Neyim, neynim?
Ay alagöz
Mənim ola alagöz
Neyim, neynim?
Ay alagöz
Mənim ola alagöz

Neyim, neynim?
Ay alagöz
Mənim ola alagöz

Curiosità sulla canzone Alagöz di Lalə Məmmədova

Quando è stata rilasciata la canzone “Alagöz” di Lalə Məmmədova?
La canzone Alagöz è stata rilasciata nel 2012, nell’album “Şərab Gətir, Saqi!”.
Chi ha composto la canzone “Alagöz” di di Lalə Məmmədova?
La canzone “Alagöz” di di Lalə Məmmədova è stata composta da Zeynal Cabbarzadə, Səid Rüstəmov.

Canzoni più popolari di Lalə Məmmədova

Altri artisti di Pop