Sevən Könül

Süleyman Rüstəm, Tofiq Bakıxanov

[Bənd 1]
Gözlərimə göründün
Qönçələnmiş gül kimi
İncə-incə səsləndin
Sazımdakı tel kimi

[Nəqərat]
Çal, ey sazım! Gül, telim!
Gül sən də, ey sevgilim!
Gülür azad, şən elim
Gül sən də, ey sevgilim!
Qovub dərdi-hicranı
Gülşən gördüm hər yanı
Dünyada xoşbəxt hanı
Sevən bir könül kimi?
Dünyada xoşbəxt hanı
Sevən bir könül kimi?

[Bənd 2]
Öyün, sevgilim, öyün
Yaxındadır toy-düyün
Səni görməsəm bir gün
Günüm keçir il kimi

[Nəqərat]
Çal, ey sazım! Gül, telim!
Gül sən də, ey sevgilim!
Gülür azad, şən elim
Gül sən də, ey sevgilim!
Qovub dərdi-hicranı
Gülşən gördüm hər yanı
Dünyada xoşbəxt hanı
Sevən bir könül kimi?
Dünyada xoşbəxt hanı
Sevən bir könül kimi?

Dünyada xoşbəxt hanı
Sevən bir könül kimi?
Dünyada xoşbəxt hanı
Sevən bir könül kimi?...
Sevən bir könül kimi?...

Curiosità sulla canzone Sevən Könül di Islama Abdullayeva

Quando è stata rilasciata la canzone “Sevən Könül” di Islama Abdullayeva?
La canzone Sevən Könül è stata rilasciata nel 2022, nell’album “Tofig Bakikhanov”.
Chi ha composto la canzone “Sevən Könül” di di Islama Abdullayeva?
La canzone “Sevən Könül” di di Islama Abdullayeva è stata composta da Süleyman Rüstəm, Tofiq Bakıxanov.

Canzoni più popolari di Islama Abdullayeva

Altri artisti di