Gülərəm, Gülsən

Məmməd Səid Ordubadi, Fikrət Əmirov

Gözlərim o qara gözə bənd oldu
Saçların boynuma bir kəmənd oldu
Ağlasan ağlaram, gülərəm gülsən
Ömrümün yazında təzə bir gülsən
Ağlasan ağlaram, gülərəm gülsən
Ömrümün yazında təzə bir gülsən
Təzə bir gülsən

Dərdimi söylədim divara-daşa
Hicran saatları çatmayır başa
Gəl gedək seyr edək biz qoşa-qoşa
Bülbül sevgimizə nəğmələr qoşa
Gəl gedək seyr edək biz qoşa-qoşa
Bülbül sevgimizə nəğmələr qoşa
Nəğmələr qoşa

Sevirəm, səninəm, qorxma heç kəsdən
Gəl, səni qurtarım qara məhbəsdən
İnan sözlərimə, qorxma bir kəsdən
Gəl, səni qurtarım qara məhbəsdən
Ağlasan, ağlaram, gülərəm, gülsən
Ömrümün yazında təzə bir gülsən
Təzə bir gülsən...

Curiosità sulla canzone Gülərəm, Gülsən di Islama Abdullayeva

Quando è stata rilasciata la canzone “Gülərəm, Gülsən” di Islama Abdullayeva?
La canzone Gülərəm, Gülsən è stata rilasciata nel 2020, nell’album “Azerbaijani Music”.
Chi ha composto la canzone “Gülərəm, Gülsən” di di Islama Abdullayeva?
La canzone “Gülərəm, Gülsən” di di Islama Abdullayeva è stata composta da Məmməd Səid Ordubadi, Fikrət Əmirov.

Canzoni più popolari di Islama Abdullayeva

Altri artisti di