Sənin Gözlərin

Hacı Xanməmmədov, Mikayıl Müşfiq

Nə gözəl süzülür qara gözlərin
Əcaba, onları süzmək vaxtı mı?
Nə gözəl süzülür qara gözlərin
Əcaba, onları süzmək vaxtı mı?
Duruşun mənalı, baxışın dərin
Mən bu dərinlikdə gördüm baxtımı
Duruşun mənalı, baxışın dərin
Mən bu dərinlikdə gördüm baxtımı

Gözlər, gözlər
Qara gözlər
Qara gözlər, qara gözlər
Ay gözlər
Qara gözlər, qara gözlər
Ay gözlər

O qara gözlərin deyil parlayan
Ulduzlar içində gecələrimdir!
O qara gözlərin deyil parlayan
Ulduzlar içində gecələrimdir!
Bəlkə də ruhuma aydınlıq yayan
Bir sərin, ziyalı, yaz səhərimdir
Bəlkə də ruhuma aydınlıq yayan
Bir sərin, ziyalı, yaz səhərimdir

Gözlər, gözlər
Qara gözlər
Qara gözlər, qara gözlər
Ay gözlər
Qara gözlər, qara gözlər
Ay gözlər
Qara gözlər, qara gözlər
Ay gözlər…

Curiosità sulla canzone Sənin Gözlərin di Islama Abdullayeva

Quando è stata rilasciata la canzone “Sənin Gözlərin” di Islama Abdullayeva?
La canzone Sənin Gözlərin è stata rilasciata nel 2022, nell’album “1109”.
Chi ha composto la canzone “Sənin Gözlərin” di di Islama Abdullayeva?
La canzone “Sənin Gözlərin” di di Islama Abdullayeva è stata composta da Hacı Xanməmmədov, Mikayıl Müşfiq.

Canzoni più popolari di Islama Abdullayeva

Altri artisti di