Gülüşlər

Mikayıl Müşfiq, Tahir İbişov

Gülüş vardır səslərinə tunc əkslər yapdırır
Gülüş vardır könülləri rüzgarlara qapdırır
Bəzi tikər könüllərdə alovlardan bir məbəd
İllər boyu atəşinə insanlığı tapdırır

Bürünərək çoхu ipək füsunlu bir çarşafa
Saçır büllur təbəssümlər, əyləncələr ətrafa
O pərdəyi parçalasaq can atarız nəhayət
Və başlarız göz yaşları aləmini təvafa

Gülüş vardır dodaqaltı, gülüş vardır müstəhzi
Zəncirləyər uçanları halqalandıqca bəzi
Bəzi sıcaq görüşlərə doğru yollar göstərir
Fəqət onun gülüşləri bir qönçəyə yaslanan

Rəngsiz parlaq jalələrdən nümunədir, hər zaman
Gənc ömrümə yüksəlməkçün qanad vеrir, can vеrir

Curiosità sulla canzone Gülüşlər di Islama Abdullayeva

Quando è stata rilasciata la canzone “Gülüşlər” di Islama Abdullayeva?
La canzone Gülüşlər è stata rilasciata nel 2022, nell’album “1109”.
Chi ha composto la canzone “Gülüşlər” di di Islama Abdullayeva?
La canzone “Gülüşlər” di di Islama Abdullayeva è stata composta da Mikayıl Müşfiq, Tahir İbişov.

Canzoni più popolari di Islama Abdullayeva

Altri artisti di