Aygün

Səməd Vurğun, Zakir Bağırov

Mən indi bildim ki, ürəyim acdır
Elə bil çörəyə, suya möhtacdır
Məhəbbət əbədi bir ehtiyacdır
Mənim də dünyada sevənim varmı?
Ah...
Mənim də dünyada sevənim varmı?

Doğrudur, insanlar mənə əl çalır
Ancaq səadətim yarımçıq qalır
Dağlarda eşq ilə qalxıb ucalır
Eşqisiz bir bahar, deyin baharmı?

Hanı saçlarımı oxşayan bir əl
Bir mehriban nəfəs, bir isti əməl?
Gəl, ey məhəbbətim müjdəsi, tez gəl!
Məni düşündürən bu arzularmı?
Ah...
Məni düşündürən bu arzularmı?...

Curiosità sulla canzone Aygün di Islama Abdullayeva

Quando è stata rilasciata la canzone “Aygün” di Islama Abdullayeva?
La canzone Aygün è stata rilasciata nel 2022, nell’album “Aygün”.
Chi ha composto la canzone “Aygün” di di Islama Abdullayeva?
La canzone “Aygün” di di Islama Abdullayeva è stata composta da Səməd Vurğun, Zakir Bağırov.

Canzoni più popolari di Islama Abdullayeva

Altri artisti di