Yox

Ədalət Şükürov, İkram Əliyev

[Bənd 1]
Bir gün məhəbbət haqqında danışdım sənə
Sən məni başa düşmədin, duymadın yenə
Dedin “yox”

Mən dedim “günəş sarıdır”, sən dedin “qara”
Mən dedim: “qışda gəzərkən iz düşür qara”
Dedin “yox”

[Nəqərat]
Dedim “mən səni tək qalmağa qoymayacağam”
“Səni tərk edib başqasıyla olmayacağam”
Dedin “yox”, dedin “yox”, dedin “yox”
Dedin “yox”, dedin “yox”, dedin “yox”

[Bənd 2]
Mən dedim “fəsil dəyişir keçəndə aylar”
Dedim “bir ilin içində 12 ay var”
Dedin “yox”

Mən dedim: “yumsan gözünü düşər qaranlıq”
“Yum gözünü məni düşün, düşün bir anlıq”
Dedin “yox”

[Nəqərat]
Niyə bəs açıq söyləmədin istəyini sən?
Sevsəm də səni, indi məcburam gedəcəyəm
Dedin “yox”, dedin “yox”, dedin “yox”
Dedin “yox”, dedin “yox”, dedin “yox”

[Bənd 3]
Mən dedim bu davranışdır könlümü üzən
Gəlmişəm qəti qərara, getməliyəm mən
Dedin “yox”

Mən dedim: “quşlar uçarkən qanad açırlar”
Mən dedim: “ulduzlar göydə işıq saçırlar”
Dedin “yox”

[Nəqərat]
Dedim “mən səni tək qalmağa qoymayacağam”
“Səni tərk edib başqasıyla olmayacağam”
Dedin “yox”, dedin “yox”, dedin “yox”
Dedin “yox”, dedin “yox”, dedin “yox”

[Bənd 4]
Mən dеdim: “bu məhəbbətin axırı yoxdur”
“İkimiz də üzülürük, əzabı çoxdur”
Dedin “yox”

Dayandıq nəfəs – nəfəsə, yaşardı gözüm
Titrəyə - titrəyə dedim bir kəlmə sözü
Dedin “yox”

[Nəqərat]
Niyə bəs açıq söyləmədin istəyini sən?
Sеvsəm də səni, indi məcburam gedəcəyəm
Dedin “yox”, dedin “yox”, dedin “yox”
Dedin “yox”, dedin “yox”, dedin “yox”

Curiosità sulla canzone Yox di Ədalət Şükürov

Quando è stata rilasciata la canzone “Yox” di Ədalət Şükürov?
La canzone Yox è stata rilasciata nel 2004, nell’album “Qoca Çinar”.
Chi ha composto la canzone “Yox” di di Ədalət Şükürov?
La canzone “Yox” di di Ədalət Şükürov è stata composta da Ədalət Şükürov, İkram Əliyev.

Canzoni più popolari di Ədalət Şükürov

Altri artisti di