Sən Elə, Mən Belə

Goran Bregović, Vüqar Əbdülov

[Bənd 1: Vüqar Əbdülov]
Bir gün dedim: “gəl görüşək
Bakı bulvarına düşək”
Dedi ki: “Mümkün deyil
Gecdir, buraxmaz anam”

Deyinərək deyin – deyin
Çatdı qaşın, atdı çiyin
Heç “sağ ol” da demədi
Çıxdı, getdi, vəssalam

[Nəqərat: Trio]
Sən elə, mən belə
Düşmüşük dildən – dilə
Əcəb işə düşmüşük
Sən elə, mən də belə

Sən elə, mən belə
Düşmüşük dildən – dilə
Əcəb işə düşmüşük
Sən elə, mən də belə

[Bənd 2:Ədalət Şükürov]
Üç gün deyil, beş gün deyil
Mən ona salmışam meyil
Gündə bir on dəfə də
Halını soruşuram

O da əvəzində yaman
Kefimə doğrayır soğan
Elə küsür, inciyir
Yalvarır, barışıram

[Nəqərat: Trio]
Sən elə, mən belə
Düşmüşük dildən – dilə
Əcəb işə düşmüşük
Sən elə, mən də belə

Sən elə, mən belə
Düşmüşük dildən – dilə
Əcəb işə düşmüşük
Sən elə, mən də belə

[Bənd 3: Kamran Həsənli]
Siz deyənlər nədir əşi?
Bunun lap oyundur işi
Dərdimi açsam, desəm
Qəlbin od tutub yanar

Ona baxma, buna baxma
O kim idi verdin salam?
Bundan olsa özünü də
Özümə qısqanar

[Nəqərat: Trio]
Sən elə, mən belə
Düşmüşük dildən – dilə
Əcəb işə düşmüşük
Sən elə, mən də belə

Sən elə, mən belə
Düşmüşük dildən – dilə
Əcəb işə düşmüşük
Sən elə, mən də belə

[Bənd 4]
[Ədalət Şükürov]
Gəlin, bunlardan ayrılaq
Başımıza çarə qılaq
[Vüqar Əbdülov]
Hərəmiz çıxaq gеdək
Öz işimizin dalına
[Kamran Həsənli]
İstər kişi, istər qadın
Duymursa sevginin dadın
[Vüqar Əbdülov]
O heç sevə də bilməz
Vay o kəsin halına!

[Nəqərat: Trio]
Siz еlə, biz belə
Düşmüşük dildən – dilə
Sevgi oyuncaq deyil
Vallahi, olmaz belə!

Siz elə, biz belə
Düşmüşük dildən – dilə
Əcəb işə düşmüşük
Siz elə, biz də belə

Curiosità sulla canzone Sən Elə, Mən Belə di Ədalət Şükürov

Chi ha composto la canzone “Sən Elə, Mən Belə” di di Ədalət Şükürov?
La canzone “Sən Elə, Mən Belə” di di Ədalət Şükürov è stata composta da Goran Bregović, Vüqar Əbdülov.

Canzoni più popolari di Ədalət Şükürov

Altri artisti di