İtirdim

Ədalət Şükürov, İkram Əliyev

[Bənd 1]
Mən səni heç kimə dəyişmərəm
Mən bu dünyadan sənsiz köçərəm
Gəlişini gözləyirdim, sənə “əzizim” deyirdim
Amma bu gün səni itirdim

Mən səni heç kimə dəyişmərəm
Səninlə ömrümü itirdim
Yoxdur günlərin düzümü
İtirdim özüm – özümü
Bu gündən ki, səni itirdim

[Nəqərat]
İtirdim, itirdim, itirdim
Mən səni, deyəsən, bu gün itirdim
Ümidim, gümanım bitdi
Sevgiyə inamım itdi
Çünki bu gün səni itirdim

Ümidim, gümanım bitdi
Sevgiyə inamım itdi
Çünki bu gün səni itirdim

[Bənd 2]
Bircə an sənsiz qala bilməzdm
Qalmağım, sənsiz yuxu idi
Gerçək oldu həmin yuxu
İçimi ovladı qorxu
Mən səni bilmədən itirdim

Səninlə son rəqsimizdir bu gün
Vaxtı saxlamaq üçün nə edim?
Bu həsrətin ilk rəqsidir
“Sevgi” son dəfə rəqs edir
Axı, səni niyə itirdim?

[Nəqərat]
İtirdim, itirdim, itirdim
Mən səni, deyəsən, bu gün itirdim
Ümidim, gümanım bitdi
Sevgiyə inamım itdi
Çünki bu gün səni itirdim

Ümidim, gümanım bitdi
Sevgiyə inamım itdi
Çünki bu gün səni itirdim

[Bənd 3]
Mən səni heç kimə dəyişmərəm
Səninlə ömrümü itirdim
Yoxdur günlərin düzümü
İtirdim özüm – özümü
Bu gündən ki, səni itirdim

Mən səni heç kimə dəyişmərəm
Həyatın dadını itirdim
Eylədin ağlımı başdan
Tənha qaldım mən bu yaşda
Sevdiyim qadını itirdim

[Nəqərat]
İtirdim, itirdim, itirdim
Mən səni, deyəsən, bu gün itirdim
Ümidim, gümanım bitdi
Sevgiyə inamım itdi
Çünki bu gün səni itirdim

Ümidim, gümanım bitdi
Sevgiyə inamım itdi
Çünki bu gün səni itirdim

Ay itirdim, itirdim, itirdim
Mən, deyəsən, bu gün səni itirdim
Ümidim, gümanım bitdi
Sevgiyə inamım itdi
Çünki bu gün səni itirdim

Ümidim, gümanım bitdi
Sevgiyə inamım itdi
Çünki bu gün səni itirdim

İtirdim səni...
İtirdim səni...
İtirdim səni...
İtirdim...

Curiosità sulla canzone İtirdim di Ədalət Şükürov

In quali album è stata rilasciata la canzone “İtirdim” di Ədalət Şükürov?
Ədalət Şükürov ha rilasciato la canzone negli album “10 İl 10 Mahnı” nel 2005 e “İtirdim” nel 2005.
Chi ha composto la canzone “İtirdim” di di Ədalət Şükürov?
La canzone “İtirdim” di di Ədalət Şükürov è stata composta da Ədalət Şükürov, İkram Əliyev.

Canzoni più popolari di Ədalət Şükürov

Altri artisti di