Dostlar

İkram Əliyev, Ədalət Şükürov

[Bənd 1]
Uşaqlığın son gecəsində biz ayrıldıq məhəlləmizdən
O gündən neçə illər keçdi, bir səs-soraq çıxmadı sizdən
Vüqar futbolu çox sevirdi, amma indi olub mühəndis
Bizə hərdən şeir deyirdi, indi həkim olub Mübariz
Bizə hərdən şeir deyirdi, indi həkim olub Mübariz

[Nəqarət]
Yığışmışıq, yığışmışıq, illər keçib, yığışmışıq
Məhəllədə qalan uşaqlar
Darıxmışdım, darıxmışdım, sizin üçün darıxmışdım
Yaman darıxmışdım, a dostlar

Neçə dəfə dalaşmışıq, neçə dəfə barışmışıq
Məhəllədə qalan uşaqlar
Darıxmışdım, darıxmışdım, sizin üçün darıxmışdım
Yaman darıxmışdım, a dostlar
Darıxmışdım, darıxmışdım, sizin üçün darıxmışdım
Yaman darıxmışdım, a dostlar

[Bənd 2]
Maşın xəstəsiydi Ələkbər, avto servis açıbdır bu gün
Hərbi məktəbə getdi Xəzər, sonradan zabit olmaq üçün
Aramızdan gedən də oldu, yad edirəm onları hərdən
Hərə bir tərəfə dağıldı, Xatirə qaldı küçəmizdə
Hərə bir tərəfə dağıldı, Xatirə qaldı küçəmizdə

[Nəqarət]
Yığışmışıq, yığışmışıq, illər keçib, yığışmışıq
Məhəllədə qalan uşaqlar
Darıxmışdım, darıxmışdım, sizin üçün darıxmışdım
Yaman darıxmışdım, a dostlar

Neçə dəfə dalaşmışıq, neçə dəfə barışmışıq
Məhəllədə qalan uşaqlar
Darıxmışdım, darıxmışdım, sizin üçün darıxmışdım
Yaman darıxmışdım, a dostlar
Darıxmışdım, darıxmışdım, sizin üçün darıxmışdım
Yaman darıxmışdım, a dostlar

Curiosità sulla canzone Dostlar di Ədalət Şükürov

Quando è stata rilasciata la canzone “Dostlar” di Ədalət Şükürov?
La canzone Dostlar è stata rilasciata nel 2008, nell’album “Yada Sal Məni, Sevgilim”.
Chi ha composto la canzone “Dostlar” di di Ədalət Şükürov?
La canzone “Dostlar” di di Ədalət Şükürov è stata composta da İkram Əliyev, Ədalət Şükürov.

Canzoni più popolari di Ədalət Şükürov

Altri artisti di