Can-Can

İkram Əliyev, Ədalət Şükürov

[Giriş]
“Can-can” deyə, mənim ömrümü aldın
“Can-can” deyə, məni yaman aldatdın
“Can-can” deyə, deyə, deyə
“Qurban olum” deyə, deyə

[Nəqərat]
“Can-can” deyə, mənim ömrümü aldın
“Can-can” deyə, məni yaman aldatdın
“Can-can” deyə, mənim olmadın niyə?
“Qurban olum” deyə, deyə
“Qurban olum” deyə, deyə

[Bənd 1]
Yaxındasan, amma səsin gəlmir
Görüşməyə həvəsin gəlmir
Bu məhəbbət nəyə lazım sənsiz?
Bir aşiqlə sevgi sözü düzəlmir

Dost-tanışın sualları çoxdur
Mənim sənsiz cavabım yoxdur
Gözləyirəm, bəlkə dönüb gəldin?
Sevgini də gətirib gəldin
Gözləyirəm bəlkə dönüb gəldin?
Sevgini də gətirib gəldin

[Nəqərat]
“Can-can” deyə, mənim ömrümü aldın
“Can-can” deyə, məni yaman aldatdın
“Can-can” deyə, mənim olmadın niyə?
“Qurban olum” deyə, deyə
“Qurban olum” deyə, deyə

[Bənd 2]
Bəhanələr yorub məni artıq
Ayrılığın sonuna çatdıq
Sənin yalanların olmasaydı
Biz səninlə necə xoşbəxt olardıq!

Sən uzaqda durub mənə baxma
Sabahı gör dünənə baxma
Tənha şəhər darıxdırır məni
Amma elə deyirsən ki, darıxma
Tənha şəhər darıxdırır məni
Amma elə deyirsən ki, darıxma

[Nəqərat]
“Can-can” deyə, mənim ömrümü aldın
“Can-can” deyə, məni yaman aldatdın
“Can-can” deyə, mənim olmadın niyə?
“Qurban olum” deyə, deyə
“Qurban olum” deyə, deyə

“Can-can” deyə, mənim ömrümü aldın
“Can-can” deyə, məni yaman aldatdın
“Can-can” deyə, mənim olmadın niyə?
“Qurban olum” deyə, deyə
“Qurban olum” deyə, dеyə

“Can-can” deyə...
Deyə...

Curiosità sulla canzone Can-Can di Ədalət Şükürov

Quando è stata rilasciata la canzone “Can-Can” di Ədalət Şükürov?
La canzone Can-Can è stata rilasciata nel 2008, nell’album “Yada Sal Məni, Sevgilim”.
Chi ha composto la canzone “Can-Can” di di Ədalət Şükürov?
La canzone “Can-Can” di di Ədalət Şükürov è stata composta da İkram Əliyev, Ədalət Şükürov.

Canzoni più popolari di Ədalət Şükürov

Altri artisti di