Başı Bəlalı Sevgilim

İkram Əliyev

[Giriş]
Sən mənim gözlərimə bax
Gözlərimdə axtarıb taparsan sevgiyə cavab
Bəlkə də, başa düşərsən sən

[Bənd 1]
Saçlarımın düzümünü pozan küləklər
Xəyalımdan keçənləri duyan ürəklər
Xoş arzular, saf duyğular, təmiz diləklər
Sənə olan məhəbbətimdir

Tənha keçən günlərimin xəyalı sevgim
İndi düşüb qismətimdən aralı sevgim
Gəl, ey mənim intizarım, bəlalı sevgim
Sənsiz qalmaq yaman çətindir

[Nəqərat]
Hər sözümün, hər fikrimin özüsən
Niyə bilmək istəmirsən düzü sən?
İstəyirsən, həyatından mən gedim
Mənim başı bəlalı sevgim

Hər sözümün, hər fikrimin özüsən
Niyə bilmək istəmirsən düzü sən?
İstəyirsən, həyatından mən gedim
Mənim başı bəlalı sevgim

[Bənd 2]
Hər görüşün xatirəsi sıxar qəlbimi
Çəkilməyən dəqiqələr alar səbrimi
Bir alovun dillərindən alır şam kimi
Yanıb gedən sədaqətimdir

Duya bilməz bu sevdanı həsrət çəkməyən
Bir həyatı viran edib uzaqlaşma sən
Nəyim varsa, bu sevdaya bağışlayım mən
Sənin eşqin, səadətindir

[Nəqərat]
Hər sözümün, hər fikrimin özüsən
Niyə bilmək istəmirsən düzü sən?
İstəyirsən, həyatından mən gedim
Mənim başı bəlalı sevgim

Hər sözümün, hər fikrimin özüsən
Niyə bilmək istəmirsən düzü sən?
İstəyirsən, həyatından mən gedim
Mənim başı bəlalı sevgim

Hər sözümün, hər fikrimin özüsən
Niyə bilmək istəmirsən düzü sən?
İstəyirsən, həyatından mən gedim
Mənim başı bəlalı sevgim

[Çıxış]
Sən mənim gözlərimə bax
Gözlərimdə axtarıb taparsan sevgiyə cavab
Bəlkə də başa düşərsən sən

Sən mənim gözlərimə bax
Gözlərimdə axtarıb taparsan sevgiyə cavab
Bəlkə də başa düşərsən sən

Curiosità sulla canzone Başı Bəlalı Sevgilim di Ədalət Şükürov

Quando è stata rilasciata la canzone “Başı Bəlalı Sevgilim” di Ədalət Şükürov?
La canzone Başı Bəlalı Sevgilim è stata rilasciata nel 2005, nell’album “10 İl 10 Mahnı”.
Chi ha composto la canzone “Başı Bəlalı Sevgilim” di di Ədalət Şükürov?
La canzone “Başı Bəlalı Sevgilim” di di Ədalət Şükürov è stata composta da İkram Əliyev.

Canzoni più popolari di Ədalət Şükürov

Altri artisti di