Gözümün Qarası
[Bənd 1]
Nə gözəl açılır sabahım
Arzular yaradır bu səhər
Bilirəm yolumu gözləyir
Barışsam, sevinər nə qədər
Nə gözəl açılır sabahım
Arzular yaradır bu səhər
Bilirəm yolumu gözləyir
Barışsam, sevinər nə qədər
[Keçid]
Görünür yazılıb bu günə
Bu görüş sevginin özüdür
Getməsəm, inciyib nə deyər
Məhəbbət bir ömür sözüdür
[Nəqərat]
O mənim gözümün qarası
O mənim başımın bəlası
Görməsəm, ürəyim üzülər
Nə edim, mən onu sevirəm!
O mənim gözümün qarası
O mənim başımın bəlası
Görməsəm, ürəyim üzülər
Nə edim, mən onu sevirəm!
[Bənd 2]
Sən özündə bilib günahı
Heç üzülmə, mənim əzizim
Sevgidən ürəyim döyünür
Gəl, ömür, həyatım, nəfəsim
Sən özündə bilib günahı
Heç üzülmə, mənim əzizim
Sevgidən ürəyim döyünür
Gəl, ömür, həyatım, nəfəsim
[Keçid]
Görünür yazılıb bu günə
Bu görüş sevginin özüdür
Getməsəm, inciyib nə deyər
Məhəbbət bir ömür sözüdür
[Nəqərat]
O mənim gözümün qarası
O mənim başımın bəlası
Görməsəm, ürəyim üzülər
Nə edim, mən onu sevirəm!
O mənim gözümün qarası
O mənim başımın bəlası
Görməsəm, ürəyim üzülər
Nə edim, mən onu sevirəm!
O mənim gözümün qarası
O mənim başımın bəlası
Görməsəm, ürəyim üzülər
Nə edim, mən onu sevirəm!
O mənim gözümün qarası
O mənim başımın bəlası
Görməsəm, ürəyim üzülər
Nə edim, mən onu sevirəm!