Evdən uzaqda

Orkhan Zeynalli

[Bənd 1]
Biz sevməmişdik ki, bizi ayırsınlar
Həyatımızdan uzaqda bizə bir ev tiksinlər
Gülüşümüzü öldürüb bizi böyütsünlər
Səninçün darıxmaqla məni sınağa çəksinlər

Önümüzdə tilsimlər, qırılacaq hirsimdən
Təslim olmaq vərdişini, istəmirəm, diriltsinlər
Dəyişməliyik çox şeyi kökündən, irsindən
Unudulur hər bir söz musiqinin səsindən

Uzaqda bir şəhər, piyada getmək arzusu
Həyatda dalbadal gələn ölüm qoxusu
İnsanların yuxusu, deyəsən, çox şirindir
Xoşbəxtlikdən bizə çatan cəmi bir dilimdir

Həyatda gərək gecikəsən ki, yolunu gözləsinlər
Mümkün deyil, sevsələr də, gərək gizləsinlər
Arada evə zəng vur ki, səsini eşitsinlər...
Eşidib sevinsinlər...

Evdən uzaqda olan qardaşım üçün...

Curiosità sulla canzone Evdən uzaqda di Orkhan Zeynalli

Quando è stata rilasciata la canzone “Evdən uzaqda” di Orkhan Zeynalli?
La canzone Evdən uzaqda è stata rilasciata nel 2010, nell’album “Biz insan deyilik”.

Canzoni più popolari di Orkhan Zeynalli

Altri artisti di