Dünənki keçdi
Dünənki keçdi
Səninlə çatır əlim buluda,
Göylərə çatın o qundaq.
Muğamı çatınca qulağa,
Mərhəmət hissini unudaq.
Altında deyil üstündə sərvətin,
Qəlbindi mərkəzi sənətinin.
Durnalar kimi mən köçkünün biriyəm,
Üstümdə qalıbdı sən ətri.
Canavarım iti basıb,
Bülbülüm itib azıb.
Gör neçə ildi basmayıb ayaq ora,
Özləyir əsgərin batinkasın.
Sən indi yaxındasan,
Bu tayda yanımdasan.
Səninlə ruhum dinir,
Canımda cansan.
Dilini Vurğun bilir,
Adına vurğun dilim.
Səninlə ruhum dinir,
Canımda cansan.
Közündə dövrə vurar,
Canıyla növbə duran.
Bədənim torpaq ikən,
Əbədi ruhum bura.
Sən indi yaxındasan,
Bu tayda yanımdasan.
Səninlə ruhum dinir,
Canımda qanımdasan.