Bakı

Fikrət Qoca, Polad Bülbüloğlu

[Bənd 1]
Mavi nəğmələr deyər mavi Xəzərim
Duzlu dodaqlarını öpər şəhərin
İşıqlı axşamların, nurlu səhərin
Baxıb sənı deyərəm “öz anam Bakı”

[Nəqərat]
Nağıl kimi həzin olur aylı gecələr
Xəzərə hər baxanda mən gözlərim gülər
Hara getsəm, sənin adın qəlbimdə gedər
Hara getsəm, bu ürəyim sevgini bəslər

[Bənd 2]
Durna kimi köçəndə buradan gəmilər
Dalğalar səndən mənə danışar nələr
Ən uzaq ölkələrdə yuxuma gələr
Anam kimi sevimli, mehriban Bakı

[Nəqərat]
Nağıl kimi həzin olur aylı gecələr
Xəzərə hər baxanda mən gözlərim gülər
Hara getsəm, sənin adın qəlbimdə gedər
Hara getsəm, bu ürəyim sevgini bəslər

[Çıxış]
Ey əziz diyar, mehriban Bakı
Ey əziz diyar, mehriban Bakı

Canzoni più popolari di Murad Arif

Altri artisti di Pop