Məni Gözləmə

Məhəmməd Isgəndərov

Məni gözləmə, çətin gəlim
Yaralanmışam dərin-dərin
Çox uzaqdasan, çatmaz əlim mənim
Sən yıxılmış və ümidsiz bir anda
Yalnız qalanda gözləmə

Çətin gəlim
Yaralanmışam dərin-dərin
Çox uzaqdasan, çatmaz əlim mənim
Sən qırılmış və çarəsiz zamanda
Yalnız qalanda gözləmə

Gəmilər yanır, tufan, duman, param-param liman
Sənə eşq baxan bu gözlərim kor olmuş, indi qan
Nə səhv etmişəm ki, bilmədim, nədir bu kin axı?
Mənə bənzəyən biriylə aldatmaqmı intiqam?

Unut, həsrətin çəkib yalanlarınla izləmə
Sənə illərimlə üz vermişəm, astar istəmə
Bu yolun dönüşləri kəsir, tikan-tikan batır
Lap otur, dizin-dizin sürün sən

Amma gözləmə, çətin gəlim
Yaralanmışam dərin-dərin
Çox uzaqdasan, çatmaz əlim mənim
Sən qırılmış və çarəsiz zamanda
Yalnız qalanda gözləmə

Çətin gəlim
Yaralanmışam dərin-dərin
Çox uzaqdasan, çatmaz əlim mənim
Sən qırılmış və çarəsiz zamanda
Yalnız qalanda gözləmə

Bu səfər bu məsafəyə göz yaşımız qarışıb
Kor ümidləri bəsləmə, həll edərik danışıb
Daha gözləmə, axı bağrıma od kimi
Köz düşüb eşqindən alışıb

Boğaza qədər gəlib çatır, tutur bu eşq divan
Səni səslədim, biləmmədim ki, bəslədim ilan
Nə səhv etmişəm ki, bilmədim, nədir bu kin axı?
Mənə bənzəyən biriylə aldatmaqmı intiqam?

Unut, həsrətin çəkib yalanlarınla izləmə
Sənə illərimlə üz vermişəm, astar istəmə
Bu yolun dönüşləri kəsir, tikan-tikan batır
Lap otur, dizin-dizin sürün sən

Amma gözləmə, çətin gəlim
Yaralanmışam dərin-dərin
Çox uzaqdasan, çatmaz əlim mənim
Sən qırılmış və çarəsiz zamanda
Yalnız qalanda gözləmə

Çətin gəlim
Yaralanmışam dərin-dərin
Çox uzaqdasan, çatmaz əlim mənim
Sən qırılmış və çarəsiz zamanda
Yalnız qalanda gözləmə

Bu səfər bu məsafəyə göz yaşımız qarışıb
Kor ümidləri bəsləmə, həll edərik danışıb
Daha gözləmə, axı bağrıma od kimi
Köz düşüb eşqindən alışıb

Curiosità sulla canzone Məni Gözləmə di Miro

Chi ha composto la canzone “Məni Gözləmə” di di Miro?
La canzone “Məni Gözləmə” di di Miro è stata composta da Məhəmməd Isgəndərov.

Canzoni più popolari di Miro

Altri artisti di Axé