Uzaq Sevincim

Miri Yusif, Hakan Erol

[Bənd 1]
Bu dünya bizə verməz sığınacaq
Dörd fəsildə qar yağacaq
Qəfəsi açaq, birgə uçaq
Lap səmalara, həyat oyuncaq

Sanki azad, sanki əsir
Zərbə kimi külək əsir
Yaralar səndən yadigar
Gic bəşər, ya da kar, ya da müqəssir

[Keçid]
Bir gün itəcək izlərimiz əbədi
Ayrılıqdan varlığımız birdən itdi
Son ümidlər dünyası çoxdan bitdi
Sənin gedişinlə sevinc məni tərk etdi
Səni mənə verməzlər...

[Nəqərat]
Bu fani dünyaya daha çətin gələm
Geri dönməsəm, səni çətin tapam
Ay uzaq sevincim
Gülməyi səninlə öyrənmişəm

Bu fani dünyaya daha çətin gələm
Geri dönməsəm, səni çətin tapam
Ay uzaq sevgilim
Sevməyi səninlə öyrənmişəm
(Gülməyi səninlə öyrənmişəm)

[Bənd 2]
Ayrılıq, kor ayrılıq
Yada düşür göl, yavanlıq
Qalmışam, dörd divar arasındayam
Lazımsız varlıyıq

Qurudar külək ömrümü
Vur, ayrılıq, könlümü
Mən küləyəm, səhralıqdayam bir anlıq
Tez dəyiş yolumu

[Keçid]
Bir gün itəcək izlərimiz əbədi
Ayrılıqdan varlığımız birdən itdi
Son ümidlər dünyası çoxdan bitdi
Sənin gedişinlə sevinc məni tərk etdi
Səni mənə verməzlər...

[Nəqərat]
Bu fani dünyaya daha çətin gələm
Geri dönməsəm, səni çətin tapam
Ay uzaq sevincim
Gülməyi səninlə öyrənmişəm

Bu fani dünyaya daha çətin gələm
Geri dönməsəm, səni çətin tapam
Ay uzaq sevgilim
Sevməyi səninlə öyrənmişəm
(Gülməyi səninlə öyrənmişəm)
(Sevməyi səninlə öyrənmişəm)

Bu fani dünyaya daha çətin gələm
Geri dönməsəm, səni çətin tapam
Ay uzaq sevincim
Gülməyi səninlə öyrənmişəm

Bu fani dünyaya daha çətin gələm
Geri dönməsəm, səni çətin tapam
Ay uzaq sevgilim
Ölməyi səninlə öyrənmişəm

Curiosità sulla canzone Uzaq Sevincim di Miri Yusif

Quando è stata rilasciata la canzone “Uzaq Sevincim” di Miri Yusif?
La canzone Uzaq Sevincim è stata rilasciata nel 2017, nell’album “Rast Aman”.
Chi ha composto la canzone “Uzaq Sevincim” di di Miri Yusif?
La canzone “Uzaq Sevincim” di di Miri Yusif è stata composta da Miri Yusif, Hakan Erol.

Canzoni più popolari di Miri Yusif

Altri artisti di