Serenada

Miri Yusif

[Bənd 1]
Keçmişdən qayıdarkən rast gəlmişəm gələcəyə
Soruşdum: ''Sən kimsən?'' Dedi: "Sənin sabahların"
Qəlbimin qapısını gündə döyən olubdur faciə
O sənə görə qazandığım savablarım

[Nəqərat]
Darıxıram, darıxıram gələcək günlərçün
Mən səni, canım, özümə qısqanıram yaman
Səni gördüyüm gündən özümdə daha yoxam
Darıxıram, darıxıram, gülüşüm yalan

[Bənd 2]
Sınaq üçün könlümə vermişdilər bir həyat
Soruşdum: ''Sən kimsən?'' Dedi: "Sənin niyyətin"
Pərvanələrdən qopub düşən olub bir qanad
O sənə görə qazandığım məhəbbətim

[Nəqərat]
Darıxıram, darıxıram gələcək günlərçün
Mən səni, canım, özümə qısqanıram yaman
Səni gördüyüm gündən özümdə daha yoxam
Darıxıram, darıxıram, gülüşüm yalan

Darıxıram, darıxıram gələcək günlərçün
Mən səni, canım, özümə qısqanıram yaman
Səni gördüyüm gündən özümdə daha yoxam
Darıxıram, darıxıram, gülüşüm yalan

[Çıxış]
Parlaq səhərin gecəsiyəm mən
Günəşə vurğun kor aşiqəm mən
Səni özümə qısqanıram yaman
Darıxıram, uçuşum yalan

Curiosità sulla canzone Serenada di Miri Yusif

Quando è stata rilasciata la canzone “Serenada” di Miri Yusif?
La canzone Serenada è stata rilasciata nel 2017, nell’album “Rast Aman”.

Canzoni più popolari di Miri Yusif

Altri artisti di