Sənin Üçün (Mixeyə ithaf)

Miri Yusif, Sergey Krutikov

[Bənd 1]
Səma elə bil canımdır, varlıqdan o üstün
Buludlar da tüstü
Yağış yağıbdır, sel kimi hopubdur cana

Unutmaq səni olmur
Bu dünya sənsiz dolmur, dolmur yox, yox
Mən səni itirmişəm
Mən səni tapacam

[Nəqərat]
Sənin üçün
Sənin üçün bu işıq, bu səma
Sənin üçün yaranmışam
Sənin üçün öləcəm

Sənin üçün
Sənin üçün bu uçuş, bu hünər
Mən səni itirmişəm
Mən səni tapacam

Küləyim, əsmə, külək
Yolumu kəsmə, külək
Günəşim, Ayla barış
Taleyimin qanadlarını islatma, yağış

[Bənd 2]
Halım dünyadan da bezibdir, arxalanıbdır yerə
Zülmətdə də gəzibdir
Könlüm parçalanıbdır peşman bölgədə

Dayanmaq gücüm yoxdur
Geriyə yolum yoxdur, yoxdur, yox, yox
Bir qanadımız yerdə
O birisi də göydə

[Nəqərat]
Sənin üçün
Sənin üçün bu işıq, bu səma
Sənin üçün yaranmışam
Sənin üçün öləcəm

Sənin üçün
Sənin üçün bu uçuş, bu hünər
Mən səni itirmişəm, bala
Mən səni tapacam

Küləyim, əsmə, külək
Yolumu kəsmə, külək
Günəşim, Ayla barış
Taleyimin qanadlarını islatma, yağış

[Çıxış]
Bu nə sui-qəsd, bu nə intihar
Payıza vurulub qovuşur bahar
Göylər yüksəltməyə məni yalvarır
Orada aşiq quşların qatarı

Sənin üçün bu uçuş bu hünər
Mən səni itirmişəm, bala
Mən səni tapacam

Curiosità sulla canzone Sənin Üçün (Mixeyə ithaf) di Miri Yusif

Quando è stata rilasciata la canzone “Sənin Üçün (Mixeyə ithaf)” di Miri Yusif?
La canzone Sənin Üçün (Mixeyə ithaf) è stata rilasciata nel 2010, nell’album “Karma”.
Chi ha composto la canzone “Sənin Üçün (Mixeyə ithaf)” di di Miri Yusif?
La canzone “Sənin Üçün (Mixeyə ithaf)” di di Miri Yusif è stata composta da Miri Yusif, Sergey Krutikov.

Canzoni più popolari di Miri Yusif

Altri artisti di