Sən Hara, Bura hara

Orkhan Zeynalli, Miri Yusif, Emin Kərimi

[Bənd 1]
Miri var idi, Miri yox idi
Bakının gecələri mənə dar idi
Zirvədəyəm tənha

Yenə səhnədə, yeni nəğmələr
Vicdanım təmiz, mənə qəsd edər
Arzularla dərhal

Piyada, ya da sol qanadımda
Ya da yarı, ya da dolu, ya dodağımda
Əylənir günahlar

Ruhum “dance” edər, ruhum rəqs edər
Məni əks edər, məni vəsf edər verdiyi suallar
Sən hara, bura hara?

Sən hara, bura hara?
Sən hara, bura hara?
Sən hara, bura hara?

[Bənd 2]
Miri var idi, Miri yox idi
Bakının küçələri mənə dar idi
Məskənim budaqda

Yeni yerlərə gedirəm yenə
Ağ təyyarə, uçuram göyə
Darıxıram orada

Uzun uçuşlar, yeni tanışlar
Qəribədir bu məkan haqqında danışmaq
Cavabsız günahdan

Yenə it hürər, karvanlar keçər
Yanımdan keçər, kölgəmi görər
Soruşar uzaqdan
Sən hara, bura hara?

Sən hara, bura hara?
Sən hara, bura hara?
Sən hara, bura hara?

Curiosità sulla canzone Sən Hara, Bura hara di Miri Yusif

Chi ha composto la canzone “Sən Hara, Bura hara” di di Miri Yusif?
La canzone “Sən Hara, Bura hara” di di Miri Yusif è stata composta da Orkhan Zeynalli, Miri Yusif, Emin Kərimi.

Canzoni più popolari di Miri Yusif

Altri artisti di