Qubernator Bağı

Günel Vəliməmmədova, Miri Yusif

[Bənd 1]
Sanki külək kimi xəstəlik
Toxunur, üşüdür məni
Sanki səsləri eşitdim
Qorxudur, susdurur məni

Dünən gülən bu üzüm
Bu gün yalvarır, ağladır məni
Sanki kədər mən idim
Sevinc qınayır məni

Qəribə baxdı üzlər
Gülən süni simalar
Mən ki dəli deyiləm
Baxışlarda hər məna

[Keçid]
Bu gün mən ayağa qalxdım
Yaşamaq istəyi ilə
Bu gün xəstəyəm dedim
Sağalmaq diləyi ilə...

[Nəqərat]
O... Qəlbim badə, sevgim şərab
Mən bu gün sərxoşam, mən sərxoşam canımla
Tək oturmuşam Qubernator bağında
Bu şəhərdə tənhayam, tənhalar parkında

O... Qəlbim badə, sevgim şərab
Mən bu gün sərxoşam, mən sərxoşam canımla
Tək oturmuşam Qubernator bağında
Bu şəhərdə tənhayam, tənhalar parkında

[Bənd 2]
İçimdə narın yağış
Çöldən Gün qızdırır məni
Həyatın hər anında
Yalanlar coşdurur məni

Hava limanım bağlı
Təmirdə təyyarələr
Yaxınların içində
Aldanmış özgəyəm mən

Aramız çox ümidsiz
Ölkələr və kölgələr
Hər günüm adi, duzsuz
Arzular mənə söykənər

[Keçid]
Bu gün mən ayağa qalxdım
Yaşamaq istəyi ilə
Bu gün xəstəyəm dedim
Sağalmaq diləyi ilə...

[Nəqərat]
O... Qəlbim badə, sevgim şərab
Mən bu gün sərxoşam, mən sərxoşam canımla
Tək oturmuşam Qubernator bağında
Bu şəhərdə tənhayam, tənhalar parkında

O... Qəlbim badə, sevgim şərab
Mən bu gün sərxoşam, mən sərxoşam canımla
Tək oturmuşam Qubernator bağında
Bu şəhərdə tənhayam, tənhalar parkında

[Keçid]
“Heyyo”, hamı “heyyo”
Hamı birlikdə
Mən bu gün sərxoşam

“Heyyo”, hamı “heyyo”
Hamı birlikdə
Mən bu gün sərxoşam

[Nəqərat]
O... Qəlbim badə, sevgim şərab
Mən bu gün sərxoşam, mən sərxoşam canımla
Tək oturmuşam Qubernator bağında
Bu şəhərdə tənhayam, tənhalar parkında

Curiosità sulla canzone Qubernator Bağı di Miri Yusif

Chi ha composto la canzone “Qubernator Bağı” di di Miri Yusif?
La canzone “Qubernator Bağı” di di Miri Yusif è stata composta da Günel Vəliməmmədova, Miri Yusif.

Canzoni più popolari di Miri Yusif

Altri artisti di