Mən Heçkiməm

Azər Şirin, Miri Yusif

[Bənd 1]
Bu həyatın axarında
Ya çör-çöpəm, ya da çinar
Ya qatarın tüstüsündə uzaq quşam
Ya baharam, ya da qışam

Hamı üçün az, özüm üçün çoxam mən
Çoxam mən, çoxam mən
Bu gün acam, sabah toxam
Bu gün varam, bu gün varam
Sabah yoxam mən

[Nəqərat]
Mən kiməm? Mən heç kiməm
Mən ölüb gedəcəm üç günə, beş günə
Mən kiməm? Mən heç kiməm
Mən ruhi azad, qəlbi köçkünəm

Mən kiməm? Mən heç kiməm
Mən ölüb gedəcəm üç günə, beş günə
Mən kiməm? Mən heç kiməm
Mən ruhi azad, qəlbi köçkünəm

[Bənd 2]
O isimsiz kölgələrdən
O xəbərsiz bölgələrdən
Bir qartalam, qəlbi lalam
Qışda Günəş, yayda qaram

Ya arı qonan çiçək
Ya da cismini axtaran ruham mən
Bu gün varam, sabah yoxam
Bu gün varam, bu gün varam
Sabah yoxam mən

[Nəqərat]
Mən kiməm? Mən heç kiməm
Mən ölüb gedəcəm üç günə, beş günə
Mən kiməm? Mən heç kiməm
Mən ruhi azad, qəlbi köçkünəm

Mən kiməm? Mən heç kiməm
Mən ölüb gedəcəm üç günə, beş günə
Mən kiməm? Mən heç kiməm

[Çıxış]
(Mən kiməm? Mən heç kiməm)
(Mən kiməm? Mən heç kiməm)

(Sən tək, sən çarəsiz)
Mən ölüb gedəcəm üç günə, beş günə
(Sən dünyada qayğısız)
Mən ruhi azad, qəlbi köçkünəm

Ölüb gedəcəm üç günə, beş günə
Mən kiməm? Mən heç kiməm
Mən ruhi azad, qəlbi köçkünəm

Curiosità sulla canzone Mən Heçkiməm di Miri Yusif

Quando è stata rilasciata la canzone “Mən Heçkiməm” di Miri Yusif?
La canzone Mən Heçkiməm è stata rilasciata nel 2011, nell’album “Karvan”.
Chi ha composto la canzone “Mən Heçkiməm” di di Miri Yusif?
La canzone “Mən Heçkiməm” di di Miri Yusif è stata composta da Azər Şirin, Miri Yusif.

Canzoni più popolari di Miri Yusif

Altri artisti di