Qəlbimdəsən

Fərhad Şabranlı, Gövhər Həsənzadə

[Bənd 1]
Yorulmaram, min yol desəm
“Gözəllərin gözəlisən”
Təravətin solsa belə
Yenə mənim qəlbimdəsən

Tale məndən üz çevirsə
Aramıza sipər çəksə
Həyatıma qəsd eyləsə
Can bir cisim, ruh əbədi
Sən ruhumun eşq məbədi
Ölüm demək heç bir nədir

[Nəqərat]
Qərinələr ötsə belə
Neçə illər keçsə belə
Hicran məni üzsə yenə
Mənim qəlbimdəsən

Neçə gözəl görsəm belə
Neçə eşqə düşsəm yenə
Səndən gözəl olsa kimsə
Yenə mənim, yenə mənim qəlbimdəsən
Yenə də sən...

[Bənd 2]
Yanılmaram, əgər desəm
“Eşq dünyamın əzəlisən”
İllər boyu görməsəm də
Yenə mənim qəlbimdəsən

Tale məndən üz çevirsə
Aramıza sipər çəksə
Həyatıma qəsd eyləsə
Qorxum yox ki, ölüm haqdır
Can çıxsa da, ruh yaşayır
Bir halda ki, ruhum sağdır...

[Nəqərat]
Qərinələr ötsə belə
Neçə illər keçsə belə
Hicran məni üzsə yenə
Mənim qəlbimdəsən

Neçə gözəl görsəm belə
Neçə eşqə düşsəm yenə
Səndən gözəl olsa kimsə
Yenə mənim, yenə mənim qəlbimdəsən
Yenə də sən...

Curiosità sulla canzone Qəlbimdəsən di İradə İbrahimova

Quando è stata rilasciata la canzone “Qəlbimdəsən” di İradə İbrahimova?
La canzone Qəlbimdəsən è stata rilasciata nel 2010, nell’album “Sinqllar 2005-2010”.
Chi ha composto la canzone “Qəlbimdəsən” di di İradə İbrahimova?
La canzone “Qəlbimdəsən” di di İradə İbrahimova è stata composta da Fərhad Şabranlı, Gövhər Həsənzadə.

Canzoni più popolari di İradə İbrahimova

Altri artisti di